Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (11-03-2014, 15:52)
Salyandakı dəhşətli qətlin sifarişçisi tapıldı

Bir neçə gün əvvəl Salyanın Qaraçala kəndində xüsusi amansızlıqla öldürülən KXCP üzvü, 49 yaşlı Aydın Xəlilovun qətlinin sifarişli olduğu üzə çıxıb. 

 

“Mediatv.az” xəbər verir ki, Virtualaz.org saytına məlum olub ki, martın 4-də naməlum şəxslər tərəfindən evindən aparılan və 34 bıçaq zərbəsi ilə öldürülən A.Xəlilovun qətlini onun vaxtilə öldürdüyü kriminal avtoritetin qardaşı sifariş edib.

Məlum olub ki, bu qətl Rusiyanın Ufa şəhərində 2006-cı ildə əslən Salyan rayonundan olan Azər Niftiyev adlı kriminal avtoritetin qətlinə görə qisas məqsədi daşıyıb.

Məlum olub ki, A.Xəlilovun qətlini həyata keçirən üç nəfər, habelə qətlin sifarişçisi saxlanılıb. Qətli həyata keçirənlərin 23-25 yaşlarında üç gənc olduğu bildirilir, sifarişçi isə Azər Niftiyevin 36 yaşlı qardaşıdır.

Mənbə bildirir ki, Aydın Xəlilovun qətlində istifadə olunan “Prado” markalı “Cip” Rusiya dövlət nömrə nişanı daşıyıb, onun dövlət nömrə nişanı görünməmək üçün palçıqla örtülüb, avtomobilin özünün isə icarəyə götürüldüyü məlum olub.

Xatırladaq ki, qətlə yetirilən Aydın Xəlilov iki dəfə məhkumluq yaşayıb, cəzasını Rusiyada və Azərbaycanda çəkib. Onun kriminal aləmdə geniş əlaqələrə malik şəxs olduğu bildirilir. Məlumata görə, Xəlilovun qatilləri Bakının Suraxanı rayonunda 44 yaşlı Elmira Məmmədovanın evinə quldur basqınından sonra yaxalanıblar. Araşdırma zamanı məlum olub ki, hər iki cinayəti eyni banda törədib. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024