Kriminal (6-03-2014, 11:07)
Salyanlı avtoritetin sadə həyatı və mürəkkəb qətli
Salyanda bir nəfər şəxsin 34 bıçaq zərbəsi alandan sonra güllələnməsi və üstündən maşınla keçməsi xəbəri bir anlıq heyrət yaratdı. Adətən, amansız qətl seriyalarda adı hallanmayan və “qırmızı ölkə” sırasında olan Azərbaycanda belə qətllər sensasiya sayıla bilərdi və sayıldı da.
Ölənin siyasi mənsubiyyəti isə diqqəti daha çox artırırdı. Və elə bu səbəblə də Aydın Xəlilovun amansızlıqla qətlə yetirildiyi Salyan rayon Qaraçala kəndinə yollandıq.
Günorta çağı amansız qətl?
Hadisə fevralın 4-də, saat 14:30-da, A.Xəlilovun evinin 500 metrliyində baş vermişdi. Qətlin Azərbaycan üçün xarakterik olmadığını təsdiqləyən daha bir fakt: günorta çağı qətl və qatilin aradan çıxması? Azərbaycanda?
Elə dərdli qardaşın heyrəti də bundan başlayırdı:
“Oğlum, vallah başımı itirmişəm. Bilmirəm nə edim?! Axı niyə belə oldu?! Bu boyda kəndin içində, günün günorta çağında o boyda adamı öldürüb yolun qırağına atıblar, özləri də rahat çıxıb gediblər. Dövlətimiz bunu belə qoymamalıdır. Vallah nə bilim e?!”
Aydın Xəlilovun böyük qardaşı Nazim dayı deyir.
“Aydın, harda qaldın, gəl də?!”
Martın 4-də baş vermiş məlum hadisəni heç kim görməsə də, müxtəlif fikirlər danışılır. Nazim dayı deyir ki, Aydını gəlib çağıranda yoldaşı həyətdəki göyərçinlərə yem verirmiş. Aydını da məhz o çağırıb. Aydın isə ev paltarında qapıya çıxıb:
- Qardaşımın gec gəldiyini görən adamlardan biri deyib ki, “Aydın harda qaldın, gəl də?!” Onlar maşını elə saxlayıblarmış ki, nömrə görünməsin. Aydın tanımadığı adamın maşınına minməz. 100 faiz əminəm ki, onu tanıyıb”.
Hamı “mətbuat nağılını” soruşurdu
Yas yerində məni ilk qarşılayan elə Nazim dayı özü oldu. Söhbət etdiyimiz vaxtda 8-9 adam yaxınlaşıb mətbuatda deyilənlərin real olub-olmamasını dəqiqləşdirirdi: “Yazırlar ki, güllə ilə də vurublar. Sonra da üstündən maşınla keçiblər. Doğrudan elə olub?”
Bu tipli sualları çox eşitdiyi hiss edilən Nazim dayı sadəcə asta səslə, “Yox a kişi! Ancaq bıçaqla vurublar. Axşam ekspertizada dedilər ki, 34 bıçaq dəyib”.
Başqası tərəfindən növbəti oxşar sual isə hər şeyi kulminasiya həddinə çatdırdı: “...Axı internetdə yazılmışdı əlinin üstündən keçib, təkərin “şpor”larının izi qalıb?!”
Nazim dayının gözlərindən yaş gilələndi və titrək səslə, “Maşın keçməyib e... Biz ekspertizada baxdıq. Əlləri teyxa doğram-doğram idi. Buna bıçaq atanda əli ilə bıçağı tutub...”
“Başım açılsın ərizə yazacam”
Aydın Xəlilovun qətlə yetirilməsi bəlkə də övladlarından çox bacısı oğlanlarını yandırırdı. Bacısı oğlu Müşfiq deyir ki, hələ də olanlara inana bilmir, ona yuxu kimi gəlir: “Yaralarını bir-bir yudum. Axırda həkimə yalvardım ki, heç olmasa, bunları tik. Sağ olsun, tikdi. Onu da başa düşürəm, onlar üçün bu, adi bir seydi. Hər gün görürlər bu işi”.
Müşfiq dayısının güllələnməsi ilə bağlı yazılanlardan pis olduğunu deyir: “Yaraları özüm yumuşam. Heç bir güllə izi yox idi. Amma hansısa axmaq deyib ki, guya güllələnib. Qoy bir az başım açılsın, polisə ərizə yazacam. Görüm, bu xəbəri yayan vicdansız kimdir?!”
Yasda nələr öyrəndik?
Aydın Xəlilov uzun müddət Rusiyada yaşayıb və kifayət qədər nüfuzlu şəxs olub. Onun heç kəsə əyilmədiyi, işinin xatiri üçün kimsənin buyruq qulu olmadığı və buna görə də kriminal aləmdə avtoritet sayıldığı barədə fikirlər səsləndirilirdi. Amma kimsə onun ölümünü kriminal aləmdəki münasibətlərlə əlaqələndirmirdi.
Adına və hörmətinə görə sadə həyat yaşayan Aydın Xəlilov son vaxtlar təsərrüfatla məşğul olub, KXCP-nin də aktiv üzvlərindən deyilmiş. Əvvəlki dövrdən fərqli olaraq, bir kənara çəkilib, sakit həyatını yaşayırmış.
Ona görə də onun qətli, xüsusilə amansızlıqla öldürülməsi bir sual olaraq qalır: kim?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024