Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-01-2015, 13:44)
Qız qalası mükəmməllik sertifikatı aldı

Dünyanın ən nüfuzlu turistik internet portalı olan “TripAdvisor”un apardığı tədqiqatlara görə, Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilərək, “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilib

 

Mediatv.AZ-ın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinən istinadən verdiyi xəbərə görə, on milyonlarla istifadəçi auditoriyası olan “TripAdvisor” şəbəkəsinin istifadəçiləri tərəfindən Bakıda ziyarət olunması tövsiyə edilən görməli yerlər sırasında İçərişəhər ən çox ziyarətçi rəyi alan məkandır.
İçərişəhər ərazisində yerləşən dünya əhəmiyyətli abidələrdən biri olan Qız qalası isə bu il həm də “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2014” (“Certificate of Excellence 2014”) mükafatına layiq görülüb.
2002-ci ildən təqdim olunmağa başlanan və hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla “TripAdvisor” istifadəçisinin rəy və münasibətləri əsasında verilən “Certificate of Excellence” mükafatı bu internet portalının təqdim etdiyi ali mükafatdır. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
Bakı şəhərinin “Yüksələn turizm məkanları” kateqoriyasına daxil edilməsi və konservasiya işlərindən sonra yenilənmiş muzey ekspozisiyası ilə qapılarını açan Qız qalasının “Certificate of Excellence 2014” mükafatına layiq görülməsi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024