Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-04-2022, 09:22)
Ziya Məmmədovdan yediyi pulların HESABI SORULACAQMI?

 





Azərbaycana böyük neft pullarının gəldiyi illərdə büdcədən ən iri investisiyalar yol infrastruktrunun yenidən qurulmasına ayrılıb. Paytaxtla ölkənin Qərb, Cənub və Şimal sərhədlərini birləşdirən magistral yollar yenidən qurulub, genişləndirilib, habelə paytaxtda yol qovşaqları, körpülər, tunellər inşa edilib. Əksər yollar genişləndirilib, yeniləri çəkilib və nəticədə ölkənin sürətlə artan avtomobil parkının tələbatını qarşılamağa müəyyən dərəcədə nail olunub.

2007 ci-ildən etibarən hər il yol tikintisinə büdəcədən azı 2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. beynəlxalq maliyyə qurumlarının, kreditor ölkələrin milyardlarla dollarlıq vəsaitlərindən istifadə edilib.

Mütəxəssislər bildirirlər ki, neft bumu illərində bu sektora ümumilikdə 30 milyard manatdan çox investisiya yatırılıb. Bu nəhəng vəsaitlərin idarə olunmasında isə 2002-2017-ci illərdə ölkənin nəqliyyat naziri olmuş Ziya Məmmədovun “xüsusi rolu” olub. Bu, həmin oliqarx-nazirdir ki, vəzifədə olduğu illərdə özünə ölkə iqtisadiyyatının bir sıra sahələrində aparıcı mövqe tutan "ZQAN" Holdinq qurmuşdu və onun vasitəsi ilə bank, sığorta, tikinti, turizm, ticarət, otelçilik və s. sahələrdə yüz milyonlarla dollarla ölçülən yatırımları idarə edirdi.

Beş il əvvəl, Z.Məmmədov vəzifədən istefaya göndərilməzdən bir qədər öncə, onun biznes imperiyası artıq çökmüşdü. Əlbəttə, büdcə pullarını silmək hesabına yaradılan gəlir mənbələri 2015-ci ildə baş verən iqtisadi böhrandan və onun nəticəsi olan devalvasiyadan salamat çıxa bilməzdi.

Z.Məmmədov vəzifədən getsə də Azərbaycanın yol infrastrukturnda onun "şah əsərləri" qalmaqdadır. Məsələn, 2008-ci ildə inşa olunan Bakı-Quba-Rusiya avtomobil yolunun bərbad vəziyyətdə olması artıq kütləvi narazılığa yol açıb.

Sadə vətəndaşlarla yanaşı vəzifəli şəxslər də dağılmış avtomagistraldakı acınacaqlı durumdan təngə gəldiklərini ifadə etməyə başlayıblar. Qeyd edək ki, 10 ilə tam sıradan çıxmış bu yolun tikintisinə büdcədən 545 milyon 287 min 800 manat xərclənmişdi. O zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan edirdi...

Z.Məmmədovun dövründə yenidən qurulmuş Bakı-Şamaxı yolu da maliyyə yeyintilərinə görə ikizolaqlı tikilmişdi, kifayət qədər büdcə vəsaitinin xərclənməsinə baxmayaraq avtoban inşa edilməmişdi. Bir neçə il əvvəl hökumət məcbur olub Dünya Bankının kreditləri hesabına həmin yolun ikinci hissəsini tikməyə başladı.

Daha sonra ikizolaqlı tikilən Hacıqabul-Kürdəmir yolu da Avropa Yenidənqurma və İnkişaf Bankının 80 milyon dollarlıq krediti hesabına yenidən dördzolaqlı inşa edildi. Bundan əvvəl Nəqliyyat Nazirliyinin podratçı şirkətlər vasitəsi ilə çəkdiyi 100 milyon manata yaxın xərc isə havaya sovruldu. Hazırda Bakı-Qazax avtomagistralının bir hissəsi sıradan çıxıb. Yolun Bakı-Ələt, Hacıqabul - Kürdəmir, Kürdəmir-Ucar hissələrində çökmələr, çalalar yaranıb və yaxın zamanlarda yenidən əsaslı təmir olunmasa, Bakı-Quba yolundakı bərbad durumdan fərqlənməyəcək.

Ziya Məmmədovun dövründə Bakıda körpülərin, tunellərin, yolların tikintisinə ayrılmış milyardlar da korrupsiyanın yeminə çevrilib. Onun nazir olduğu dövrdə paytaxtda yolların tikintisinə və təmirinə 10,5 milyard manat xərclənib. Onlardan biri - Zığ-Hövsan-Aeroport istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsi layihəsinə 460 milyon dollar vəsait xəclənib.

Metronun ”Gənclik" stansiyasında tunel tikintisinə isə 2011-2014-cü illərdə 407 milyon dollar ayrılıb. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) sərf edilib.

Dünya Bankının 40-a yaxın ölkədə apardığı hesablamalara görə, hər kilometr yeni yolun salınması xərcləri 142 min dollarla 1 milyon 832 min dollar arasında dəyişir. Mövcud olan hər kilometr yolun yenidən qurulmasına isə 62 min dollardan 609 min dollara qədər vəsait xərclənr. Azərbaycanda isə 2006-2015-ci illərdə tikilən yollar bundan qat-qat baha başa gəlib.

Bir faktı da xatırladaq ki, nazirin bu gəlhagəlli dövründə büdcə pullarının xərclənməsinə nəzarət edən Hesablama Palatasına Z.Məmmədovun qudası Heydər Əsədov sədrlik edib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...

Bu günlərdə Ziya Məmmədovun oğlu, onun Azərbaycandakı və xaricdəki biznesini idarə edən Anar Məmmədovun dəbdəbəli həyatını əks etdirən video yayılıb. Sosial şəbəkələrdə populyar olan videoda A.Məmmədovun azyaşlı oğluna xüsusi sifarişlə hazırlatdığı lüks avtomobil görüntülənir.

Yeniyetmələr və gənclər üçün yəqin, heyrətamiz və həsəd aparılacaq həyat tərzidir. Amma onlardan əvvəlki nəsil yaxşı bilir ki, bir lüks avtomobil və ona xərclənən pul Məmmədovların ölkədən oğurladıqları sərvətin içində dəryada damla qədər kiçikdir...
"AzPolitika.info"




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024