Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (13-06-2019, 11:58)
Şahin Mustafayev: Aİ ölkələri Azərbaycana 33 milyard dollardan çox sərmayə yatırıb

 Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox sərmayə yatırılıb.
Mediatv.az  xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən V Aİ-Azərbaycan Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energentika sahəaində uğurla inkişaf etdirilir:
“Aİ ölkələri tərəfindən Azərbaycana 33 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın investisiya imkanları yüksəkdir. Azərbaycan da öz növbəsində Aİ ölkələrinin iqtisasiyyatına 15 milyard dollardan çox yatırım edib. Avropa İttifaqı ölkələri şirkətlərinin sayı ilbəil artır.
Bu gün Azərbaycanda Aİ-yə üzv ölkələrə məxsus 1600-ə yaxın şirkət fəaliyyət göstərir. Bu, kifayət qədər yaxşı rəqəmdir. Eyni zamanda, Azərbaycan Avropa İtifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Azərbaycanda cəlbedici biznes mühiti yaradılıb”.
O bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır:
“Aİ-nın Cənubi Qafqaz regionundakı ticarətinin 78 faizi ölkəmizin payına düşür. Azərbaycan ticarət dövriyyəsinin 42 faizi Aİ ölkələrinin payına düşür.  Ticarətin gücləndirilməsi üçün ciddi addımlar atılır. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30 faiz artım əldə etmişik. Əsas hədəfimiz ticarət strukturunu artırmaqdır.
Bundan başqa, Dünya Bankı Azərbaycan İqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə 3,4 faiz artacağını proqnozlaşdırır.
Ötən il Azərbaycan iqtisadiyyatına 8,2 milyard dollarlıq xarici investisiya yatırılmaqla, ümumilikdə 15,7 milyard dollara çatdırılıb.
Ümumilikdə Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu günə qədər ölkə iqtisadiyyatına 263 milyard dollardan çoz investisiya yatırılıb ki, bunun da 50 faizdən çoxu xarici investisiyadır.
Bununla yanaşı, gələcəkdə məhkəmə-hüquq sistemi və investisiya haqqında qanunlar hazırlanır. Hazırda həmin qanunlar müzakirə edilir. Gələcəkdə bu qanunların tətbiqi mövcud münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024