Karusel (25-12-2014, 17:10)
Ayna Sultanovanın heykəli yerinə qaytarılır
Bakının ən məşhur abidələrindən biri, eyni zamanda Azərbaycanın "qırmızı" tarixinin ən qalmaqallı simalarından sayılan Ayna Sultanovanın heykəli təmirdən sonra yerinə qayıdır
Mediatv.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nuridə Allahyarova Ayna Sultanova parkının taleyinə aydınlıq gətirib: "Ayna Sultanova parkı üçün həqiqi narahatlıq keçirən media mənsubları və sakinlərimiz buyurub tanış ola bilərlər. Səmimi narahat olmayanlar da".
A.Sultanova ictimai-siyasi xadim, Azərbaycan SSR-in maarif üzrə xalq komissarı, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olub. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyəti qurmaq olub.
Virtualaz.org xatırladır ki, o, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.
A.Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.
Virtualaz.org onu da xatırladır ki, heykəl götürüləndən sonra A.Sultanovanın nəvəsi Nail Əbdürrəhmanov saytımız vasitəsi ilə Sultanovlar ailəsi adından prezident İlham Əliyevə Açıq məktub ünvanlamışdı. Həmin məktubda yazılanları bir daha oxucuların nəzərinə çatdırırıq: “Bizə xəbər çatıb ki, Ayna Sultanovanın heykəlini sökməyə hazırlaşırlar. Bildiyimiz qədərincə abidəni onun yerində restoran tikmək üçün sökürlər. Bu qəfil hadisə öz vətəninin tarixi irsinə biganə olmayan mənim kimi insanların ürəyini ağrıtmaya bilməz.
Həmin abidə orada 1986-cı ildə qoyulub. Nə sadə bir ziyalı olan anam, nə də mən bundan, ümumiyyətlə Ayna Sultanovanın adından istifadə edərək hər hansı üstünlük, imtiyaz əldə etməyə çalışmamışıq.
Ayna Sultanovanın nəvəsi kimi bu məktubu yazmaqda məqsədim çoxhörmətli prezident İlham Əliyevə həm də bir patriot vətəndaş olaraq müraciət etməkdir.
Ölkəmizin milli tarixi irsi mənə çox əzizdir. Ayna Sultanova təkcə Azərbaycanın yox, ümumən bütün müsəlman Şərqinin ilk qadın naziri, tanınmış ictimai-siyasi xadimi, o dövrün fenomenlərindən biri olub.
Bu məktubda onun fəaliyyətini tam təhlil etməyə ehtiyac yoxdur. Bununla tarixçilər məşğul olmalıdır. Yalnız bir faktı deyim ki, mənim bildiyim qədər Ayna Sultanova bütün dünyada Ali Məhkəmə sədri olmuş ilk qadındır.
Onu da əlavə edim ki, bütün bunlarla yanaşı Ayna Sultanova Azərbaycanın böyük mədəniyyət və incəsənət xadimi, görkəmli bəstəkarımız Tofiq Quliyevin doğma xalasıdır.
İnsani baxımdan çox əhəmiyyətli olan bir faktı da vurğulamaq istərdim ki, 1938-ci ildə “xalq düşməni” kimi güllələnən Ayna Sultanovanın məzarı da yoxdur, onun dəfn olunduğu yer məlum deyil. Buna görə də onun abidəsi qohumlarından, doğmalarından ötrü yeganə təsəlli ünvanı sayılır.
Bu məktubu yazmaqla ümid edirəm ki, Azərbaycanın çoxhörmətli prezidenti İlham Əliyev həyata keçirilməsinə hazırlıq görülən bu vandalizm aktının qarşısını alacaq. Habelə cəmiyyətimizin mədəni təbəqəsi abidənin sökülməsi cəhdinə öz etirazını bildirəcək.
Hörmətlə: Ayna Sultanovanın nəvəsi Nail Namiq oğlu Əbdürrəhmanov və Sultanovlar ailəsinin digər üzvləri”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024