Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-12-2014, 21:38)
Azərbaycan şirkəti 2 “Boeing" aldı

Azərbaycan şirkəti 2 “Boeing" aldı

 

“Silk Way Airlines” cari ildə iki “Boeing-747-8” yük təyyarəsi alıb.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, “Silk Way Airlines” ilə “Boeing” şirkəti arasında “Boeing-747-8” tipli müasir yük təyyarələrinin alınmasına dair ötən il martın 18-də imzalanan Anlaşma Memorandumuna əsasən, sifariş edilən daha iki təyyarə Bakıya gətiriləcək. 

Təyyarələrdən birinin 2015-ci ilin sonunda, digərinin isə 2016-cı ilin əvvəllərində Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ən müasir təyyarələr olan “Boeing 747-8”, həmçinin ən çox yükgötürmə qabiliyyətinə də malikdir. Yeni texnologiyalarla təchiz olunan bu hava gəmiləri ilə daşımanın qiyməti digərlərinə nisbətən təxminən 16 faiz ucuz başa gəlir.

Azərbaycanda əsas aviadaşıyıcılardan olan “Silk Way Airlines” 2001-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Mülki Aviasiyası tərəfindən yaradılıb. Aviaşirkət neft avadanlığı, tikinti materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin daşınmasında geniş imkanlara və təcrübəyə malikdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024