Karusel (27-11-2014, 13:26)
Kürd probleminə etiraz edən yazar: “Orda da yadam, burda da”
Kemal Varol türk yazarı, şairidir. 37 yaşı var. Builki İstanbul Beynəlxalq Kitab Fuarında Cevdet Kudret ədəbiyyat mükafatı “Haw” romanına görə Kemal Varola təqdim edilib. “Haw” daha çox şair kimi tanınan Varolun sayca ikinci romanıdır
Mediatv.AZ kulis.az-a istinadən Kemal Varolla müsahibəni təqdim edir.
- Öncə mükafat alan romanınızla bağlı danışaq. Bu ikinci romanınızdır deyəsən...
- İlk romanımın adı “Jar”dır.
- “Jar” nə deməkdir?
- “Jar” zəhər mənasındadır. Elə hesab edirlər ki, mənim romanlarımın adları kürdcədir, amma deyil. Heç türkcə də deyil. İki dilin arasına sıxışmağımızı roman adlarında göstərmişəm. Zəhər kürdcədə “Jahr” kimi yazılır. Amma mən o ifadənin yerinə bunu işlətməyə üstünlük verdim. Ana dilim var, amma o dildə yaza bilmirəm. Türkcə yazıram, ancaq bu dil sonradan öyrəndiyim dildir. Buna görə də həm türkcə, həm də kürdcə ola biləcək bir ad seçdim.
- “Haw” nə deməkdir?
- “Haw” bildiyimiz köpək havlamasıdır. Onu da “w” ilə bitirərək kürdcə istifadə olunmayan bir sözə çevirdim. Romanda kürd, türk deyə bir şey yoxdur. Şimallılar və cənublular məsələsi var. Bu hər ölkədə mövcuddur. İtaliyada da, İspaniyada da belədir. Bütün dünyada anlaşılan olsun deyə belə əsər yazdım.
- Kürd probleminə etiraz üçün yazılıb bu roman...
- Mən iki gündür İstanbuldayam. Tədbirlər, imza günləri, müsahibələr... Özümü bura aid hiss etmirəm. Mən Diyarbəkirdə yaşayıram. Ora ana dilimin danışıldığı yerdir. Amma özümü ora da aid etmirəm. Çünki insanlar buna şərait yaratmırlar. Orda da yadam, burda da yadam. Heç bir yerə aid olmamaq çətin vəziyyətdir. Düzdür, kitablarım çap olunur, mükafat alıram, amma heç bir yerə aid olmamaq problemi yaşayıram. Bu Kafkadan başlayaraq öz ana dilində yaza bilməyən bütün yazarların yaşadığı problemdir. Mən bu problemi özümə daha yaxın hiss edirəm.
- “Haw” sözünün mənası it hürməsidir dediniz. Bir itin dilindən yazılıb bu roman?
- Bəli. Hadisələr it və onun nəvəsinin dilindən nəql edilir. Bir bölümdə baba, digər bölümdə nəvə danışır.
- Cek London üslubunda olan bir roman...
- Bəli. Nəvəsi heç görmədiyi babasının hekayəsini danışır.
- Niyə it?
- Mən uzun illər bu romanın müxtəlif formasını yazmağa çalışmışdım. İlk dəfə bir əsgərin dilindən yazmağa çalışdım. Sonra orda olan bir adamın dilindən yazmaq istədim. Alınmadı. Obrazlarımın heç biri bitərəf ola bilmədi. Mənə bitərəf qəhrəman lazım idi.
- Ancaq bir it bitərəf ola bilər deyirsiz...
- İt tez-tez deyir ki, bu mənim savaşım deyil. Siz müharibə edirsiniz, amma mənim problemim başqadır. Onun əsas problemi aşiq olduğu dişi iti axtarmaqdır. Mən bir kənddə müəllimlik edərkən əsgərləri görürdüm. Hər səhər itlərlə mina axtarırdılar. Yolun kənarında minaaxtaran iti görəndən sonra axtardığım qəhrəmanı tapdığımı başa düşdüm. Heç bir tərəfə aid olmadığım üçün düşündüm ki, qəhrəmanım olan it də hər iki tərəflə bərabər məsafə saxlasın. Bir neytral bölgə kimi. Ədəbiyyat bizdən bunu istəyir. Mən siyasi mətn yazmıram. Siyasi mətn yazsam daha asan olardı.
- Bir az klişe olsa da, yazıçılara verilən suallardan biridir. Özünüzü hansı yazarlara daha yaxın hiss edirsiniz?
- TRT-yə müsahibə verəndə dedim ki, özümü Latın Amerikan yazıçılarına daha yaxın hiss edirəm. Markesdən, Borxesdən, Kortasardan öyrənmişəm. Latın Amerikası ədəbiyyatını ailəmdən də öyrənmişəm. Babam nağıldanışan olub. Kəndlərə gedib nağıl danışardı. Anam uşaq olanda bizə sehrli nağıllar danışırdı. Markesi oxuyanda o mənə yad gəlmədi. Yüz il sonra geri dönən qəhrəmanlar mənə tanış idi. Markes mənim əsas sevdiyim, öyrəndiyim yazıçıdır. Latın Amerikası yazıçılarından hələ də öyrənirəm.
- Müəllimlik etdiyinizi dediniz...
- Bəli, hələ də müəllim işləyirəm. Orta məktəbdə türk dilindən dərs deyirəm. On il ibtidai məktəbdə dərs dedim, sonra ixtisasımı dəyişdirdim və orta məktəbdə türk dilinin tədrisinə başladım.
- Gündə neçə saat yazırsınız? Nə zaman yazırsınız? Rituallarınız varmı?
- Rituallarım yoxdur. 37 yaşım var. Əsasən səhərlər, zehnimin daha aydın olduğu vaxtlarda yazıram. İki yaş yarımlıq övladım var. O doğulmamışdan qabaq səhərlər yazırdım. Sakitlik olan vaxtlarda... Uşaq olandan sonra onun verdiyi imkan daxilində yazıram. İndi dörddə qalxıb, altıyacan yazıram. Sonra işə gedirəm. Günün yarısını işləyirəm, yerdə qalan vaxtda isə uşağa baxıram. Uşaq bütün günümü məşğul edir. Nə yaxşı ki, məşğul edir.
- Diyarbəkrdə yaşayıb, İstanbuldakı ədəbi çevrələrlə əlaqə saxlamaq çətin deyil ki?
- Çətindir. Mən 20 ildir ki, əyalətdən burdakı dərgilərə yazılar yazıram. Uzaqda yaşayıb burda var olmaq çətindir. Şeir kitablarım var. Yeddi ildir kitablar haqqında tənqidi yazılar yazıram. Bu çox çətindir. Bu fəaliyyətim tanınmağıma şərait yaratdı. Roman çap etdirəndə sıxıntım olmadı.
Vaxtımı çox yaxşı keçirirəm. Məhsuldaram. Diyarbəkirdə də ədəbi həyat var. Osmanlı dövründə də ora ədəbiyyat mərkəzi idi, indi də elədir. Yaxın vaxtlarda şərait bir az dəyişdi, artıq kürd nəşriyyatları var. Kitablar, qəzetlər çıxır. Teatr truppaları var, filmlər çəkilir.
Yəni orada da bir həyat var. Mən dil məsələsinə görə bu işlərin içində ola bilmirəm. Ana dilimdə yaxşı danışa bilmirəm. Bu dildə yazmadıqca oradakı proseslərə qatılmaq çətin olur. Buradakı mühitin də içində olmamağa çalışıram. Kənarda qalmaq bəzən sizi qoruyur. Öz dünyanızda öz ədəbiyyatınızı yaradırsınız. İstanbula çox gəlib-getmirəm. 2-3 ildə bir gəlirəm və tez də qayıdıram. Qayıtdıqdan sonra bir neçə ay heç kəslə danışmıram. Çox yoruluram. Bir neçə ayda danışacaqlarımı burada iki gündə danışıram.
- Şeir və tənqidlə bağlı kitablarınız var. Fərqli janrları yoxlamağınız planlıdır, yoxsa bəzi şeyləri şeirdə dilə gətirmək çətin olduğu üçün roman yazırsınız?
- Mən romanı gəncliyimdən sevirəm. Birdən özümü şair olaraq gördüm. Şeir ən çətinidir. Tanınmış şair olsam da, şeiri buraxmağa qərar verdim. Amma şeir mənə çox şey qazandırdı. Şeir Türkiyədə çox gerilədi. Bazar anlayışı girdi ortalığa. Kitab alınıb-satılan bir şey oldu. Ticari bir məhsula döndü kitab. Kitabçılar şeir rəflərini azaltdılar. Şeir kitabları az satılır. Dərgilərdən də şeir yığıldı, artıq az çap olunur. Gündəlik həyatımızdan şeir çəkildi. İnsanların tənhalıqla bağlı münasibəti dəyişdi.
20 il əvvəl biriylə görüşmək istəyəndə axtarıb tapırdıq. İndi gizlənmək istədiyiniz hər yerdə sizi tapırlar. Özünüzlə baş-başa qalmağınız çətinləşib. Sosial media var və insanlar orda sıxıntılarından xilas olur. Romanların da forması dəyişdi. İndi romanlar bölümlərdən ibarətdir. Bütöv romanlar yoxdur.
- 15-20 il öncə şeir Türkiyədə daha populyar idi?
- Bəli. Şair olmaq, şeir yazmaq böyük bir şeydi. Ancaq insanların gündəlik həyatları dəyişdikcə, şeirə münasibət də dəyişdi.
- Bu sadəcə bazarla bağlıdır, yoxsa şeirin keyfiyyətində də dəyişiklik oldu?
- Bunu təkcə bazarla izah etmək olmaz. Təbii ki, yaxşı şeirlər yenə də yazılır. Amma dar çevrədə. Türkcə şeirin problemləri var. Türkcənin problemləri var. 90 il öncə modernləşməklə bağlı qərar qəbul edilsə də dilin təbii bağlarını qoparıb, keçmişini sildilər. Qısa vaxtda bunun ağrısı hiss olunmur. Kürt dilində farsca, ərəbcə, azəricə, osmanlıca sözlər var. Çətinliyim olanda öz ana dilimdə olan sözlərdən də istifadə edirəm. Ədəbiyyatın dili güclü olmalıdır. Mənim şeirlərimi oxuyanlar məni 80 yaşlı qoca hesab edirlər. Müasir türk dilində bir fikri ifadə etmək üçün 7-8 kəlmədən istifadə etmək lazım olduğu halda osmanlıcada bunu bir sözlə ifadə etmək mümkün idi. Məni populyarlaşdıran, tanıdan bir şeirim var; “Küfran”. Küfran nankor, qədirbilməz anlamındadır. Bu fikri türkcə izah etməyə çalışsam, uzanacaq. Küfran sözünün isə xüsusi ahəngi var. Bu cür yazan təkcə mən deyiləm.
- Azərbaycan yazıçılarından kimləri oxumusuz?
- Təəssüf ki, Azərbaycan yazarlarını çox yaxşı tanımıram. Bir neçə il öncə Bodrumda Anarla tanış olmuşdum. Heyf ki, bir çox Azərbaycan yazıçı ilə tanış deyilik. Bu da ciddi nöqsandır. Doqquz milyon əhalisi olan Azərbaycanla tanışlıq səviyyəmiz çox aşağıdır. Əlaqələri genişləndirmək lazımdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024