Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (23-09-2014, 21:21)
“Cəmi dörd deputat birləşib bu addımı atıb” - AYDIN MİRZƏZADƏ

 

Azərbaycanın Avropa Parlamenti ilə heç bir problemi yoxdur. Bu mövqe sadəcə AP-nin dörd deputatının “əməlləridir”.

Bunu Mediatv.az-a Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı çox yüksək səviyyədədir: “Ölkəmizin bu qurumla münasibətləri daim inkişaf edir. Azərbaycan bu quruma hər zaman dəstək verməkdədir. Hətta biz insan hüquq və azadlıqları müstəvisində Avropa dəyərlərinə bir çox töhfələr vermişik”.

Millət vəkili Aydın Mirzəzadəyə görə, bu qərəz qurumun Azərbaycana qarşı mövqeyini qətiyyən əks etdirmir: ”Biz məsələni araşdırarkən gördük ki, Avropa Parlamentinin 46 deputatından qırx beşi heç Azərbaycanda olmayıb. Ölkəmizlə əyani tanış deyillər. Həmçinin, qərəzli mövqe tutan dörd deputatdan isə cəmi bir nəfər Azərbaycanda səfərdə olub. Bu qərəzli mövqeyin arxasında Azərbaycanı istəməyən qüvvələrin dayandığını düşünürəm”.

 

Aydın Mirzəzadə həmçinin bu halın Avropa Parlamentindəki deputatların vəzifə səlahiyyətləri ilə də sıx bağlı olduğunu deyib: “AP-də deputatlara böyük səlahiyyətlər verilib. Orada hətta iki parlament üzvü birləşib, qətnamə də qəbul edə bilirlər. Bizə qarşı da bundan istifadə etdilər. Cəmi dörd deputat birləşib bu “addımı atıb”.

Xatırladaq ki, Avropa Parlamentinin dörd deputatı Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı “təqiblər olduğu”nu deyib.  Azərbaycan hökumətini isə insan haqları sahəsində islahatlar aparmağa “çağırıb”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024