Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:40)
ŞƏFA OCAĞINDA AÇIQ XƏSTƏLİK MƏNBƏYİ - Tanınmış tibb işçisi ŞOK FAKTLARI AÇIQLADI

 
"Bura Nizami Tibb Mərkəzinin tabeliyindəki 7 saylı doğum evinin "Əməliyyatxanasıdır". Yəni "Steril Zonası"dır. Şəkildəki mənzərə həqiqətən də müasir tibbi və sanitar normalarla ziddir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış tibb işçisi Benjamin Kərimov qeyd edib.
 O daha sonra bildirir: "Cərrahi müdaxilə, xüsusilə də doğum kimi yüksək sterillik və təhlükəsizlik tələb edən bir mühitin bu vəziyyətdə olması xəstələr üçün birbaşa hospital infeksiyası riski yaradır. Burada bir çox absurd və qəbuledilməz hallar mövcuddur. Şəkildəki əsas antisanitar və qeyri-peşəkar detalları bir-bir qeyd edirəm:
1. Əməliyyatxana "hamam" deyil ki orada kafel, metlax, mərmər plitələri olsun. Kafel və metlaxların arasındakı tikişlər mikrobların, bakteriyaların, qan və digər bioloji mayelərin toplanması üçün ideal inkubatordur. Bu cür məsaməli və kəsikləri olan səthləri 100% dezinfeksiya etmək qeyri-mümkündür. Əməliyyatxana və Steril zonalarda asan yuyulan və antibakterial epoksid və ya xüsusi tibbi PVC (linoleum) örtüklərdən istifadə olunmalıdır. Toz və mikrob yığılmaması üçün divarlarla döşəmənin birləşməsi belə 90 dərəcəlik künclə deyil, oval şəkildə olmalıdır. Şəkildəki döşəmə isə həm də çox köhnəlib, çatlar və ləkələrlə doludur.
2. Əməliyyatxanada birbaşa çölə açılan pəncərənin olması qətiyyən yolverilməzdir. Çölə açılan pəncərə içəriyə toz, həşərat və xarici mühitdən gələn patogenlərin daxil olmasına birbaşa yoldur. Cərrahi otaqlar HEPA filtrləri ilə təchiz olunmuş xüsusi havalandırma sistemlərinə malik olmalıdır. Otaqda həmişə müsbət təzyiq yaradılmalıdır ki, qapı açılanda çöldəki, yəni dəhlizdəki çirkli hava içəri girməsin. Pəncərə olan yerdə bu aerodinamik balansı qorumaq mümkün deyil.
3. Digər Absurd və Təhlükəli Hallar:
* Kabel Xaosu: Yerdə, birbaşa daşların üzərində uzanan çoxlu sayda açıq kabellər böyük problemdir. Onların altını və ətrafını təmizləmək olmur deyə, mikrob yuvasına çevrilirlər. Tibbi avadanlıqların naqilləri müasir klinikalarda asma sistemlərdən (tavan konsollarından) idarə olunmalıdır.
* Paslı və Çirkli İnventar: Avadanlıqların altındakı dəmirlər, təkərləri olan masalar köhnə, çirkli və paslı görünür. Bu da steril sahə konsepsiyasına tam ziddir.
* Tullantı və Əşyaların Yerləşimi: Qırmızı rəngli (böyük ehtimalla tibbi tullantı üçün nəzərdə tutulmuş) qutu açıq şəkildə steril zona olmalı yerdə, avadanlıqların və personalın ayağı altındadır. Zibil qutuları heç bir halda "Steril Zonada" (cərrahın, cərrahi masanın, steril alətlərin və açıq yaraya yaxın olan mərkəzi sahə) yerləşə bilməz. Qutular otağın künclərində, divara yaxın, yəni qeyri-steril zonada (dövriyyə zonasında) yerləşməlidir. Cərrah və ya steril tibb bacısı heç vaxt zibil qutusuna yaxınlaşmır və ona heç nə atmır. Tullantılar steril sahədən kənarlaşdırıldıqdan sonra yalnız otaqda sirkulyasiya edən, qeyri-steril tibb bacısı (circulating nurse) tərəfindən müvafiq qutulara atılmalıdır. Şəkildə aydın görünür ki zibil qutusu açıqdır. Əslində üzəri tam qapalı, yalnız ayaq pedalı və ya hərəkət sensoru ilə açılmalıdır. Əllə açılan qapaqlar kəskin şəkildə qadağandır.
Qısacası, bu mühitdə sterillikdən söhbət gedə bilməz və bura hər hansı bir cərrahi və ya ginekoloji prosedur üçün tam yararsızdır. Tək bura deyil əksər dövlət xəstəxanaları bu vəziyyətdədir. Bu mənzərə sadəcə təchizat və ya kadr məsələsi deyil, çox dərin institusional və idarəetmə patologiyasıdır. Səhiyyəyə milyardlar ayrılır, ən bahalı avadanlıqlar alınır, amma xəstəxana divarlarının arxasında hələ də orta əsrlərin idarəetmə zehniyyəti hökm sürür. Niyə?
Çünki sistem xəstəyə şəfa vermək üzərində deyil, vəzifələrin "tariflə" satıldığı, səriştəsizliyin hökm sürdüyü və resursların talan edildiyi bir "qara kassa" üzərində qurulub. Sistemin içində səssizcə əzilən o 10 faiz peşəkar həkimlərə pulla işə girən savadsız 90 faizi qorumaq üçün bütün ağır xəstələr, mürəkkəb növbələr yüklənir.
Məqalə fakt əsasında yazılıb. Növbəti yazıda bu böhran vəziyyətinin səbəblərini və həll yollarını təhlil edəcəm..."

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
7 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026
6 03 2026