Siyasət (19-09-2014, 11:59)
“Bu layihəni anti-Azərbaycan dairələri hazırlayıb“
Bahar Muradova: “Avroparlamentin Azərbaycandakı vəziyyəti əks etdirməyən layihəsi tamamilə qərəzlidir”
Avropa Parlamentində Azərbaycanla bağlı heç bir fakta söykənməyən, ölkə reallıqlarını əks etdirməyən məsələlərin müzakirəyə çıxarılması dərin təəssüf hissi yaradır.
Bu sözləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova mətbuata açıqlamasında deyib.
"Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və layihələrə ev sahibliyi etdiyi, strateji əhəmiyyətli mühüm layihələri gerçəkləşdirdiyi ərəfələrdə zaman-zaman ölkəmizə qarşı bu cür qərəzli kampaniyaların şahidi olmuşuq. Bu, özlüyündə təqdir olunmur, çünki Azərbaycan hazırda regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə əhəmiyyətli töhfələr verən siyasət həyata keçirir, beynəlxalq miqyasda etibarlı tərəfdaş və demokratik ölkə kimi tanınır"- deyən B. Muradovanın sözlərinə görə, Avropa Parlamentinin bir qrup üzvü hüquqi məsələləri siyasiləşdirərək ayrı-ayrı ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə çalışır.
“Qətnamə layihəsinin formatına, orada əks olunan məsələlərə, ifadə olunan nəticəyə və digər mqamlara nəzər saldıqda görünür ki, bu layihə anti-Azərbaycan dairələrin sifarişi əsasında hazırlanıb. Ona görə də Azərbaycandakı vəziyyəti əks etdirməyən bu layihə tamamilə qərəzli və qeyri-obyektivdir” - deyə, o, mətbuata açıqlamasında bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024