Gündəm (28-06-2014, 18:05)
“AŞPA baş katibi mənə təzyiq etdi”
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA-nın 23-27 iyun tarixlərində Strasburqda keçirilən yay sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirib
APA-nın məlumatına görə, E.Süleymanov iclasda müzakirə olunan məsələlər barədə danışıb.
O, əvvəlcə irlandiyalı deputat Mayk Maknamaranın sessiyada təqdim etdiyi "Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqları ilə bağlı nə edilməlidir?” qətnamə təklifinə münasibət bildirib. Bu təklifi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsi adlandıran millət vəkili bu işə indiki AŞPA sədri Ann Brassörun da qoşulduğunu bildirib. E.Süleymanov Azərbaycanda "siyasi məhbus probleminin" qurumun İnsan haqları komitəsində yenidən müzakirəyə çıxarılmasını bir daha Azərbaycana qarşı təzyiqlərin, ayrı-seçkiliyin və ikili standartların bariz nümunəsi kimi qiymətləndirib: “Cəmi bir il əvvəl Ştrasserin qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də o yana olan bir mövqe, Azərbaycana qarşı düşmən mövqeyidir”.
E.Suleymanov Siyasi Komitədə bu məsələ ilə əlaqədar 2 namizədin - Ermənistan nümayəndə heyətinin xüsusilə dəstəklədiyi Pyeter Omtziyg və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntun qeydə alındığını bildirib. Səsvermə nəticəsində Pedro Aqramuntun 29:19 üstünlüyü ilə qalib gəlməsi sədr Ann Brassör, Andreas Qross, Mayk Maknamara və digər anti-azərbaycan təbliğatçılarının niyyətlərini puça çıxarıb: «Çünki onların istədikləri Azərbaycana siyasi məhbus məsələləri üzrə xüsusi məruzəçinin təyin edilməsi olsa da, niyyətləri baş tutmayıb və bu məsələ məruzə edilmək üçün Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunta həvalə olunub».
Millət vəkili sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalanmış "Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair" qətnamə layihəsinin də müzakirə edildiyini bildirib: “Bu sənəd 22 il ərzində ilk dəfə olaraq beynəlxalq bir təşkilatda - AŞPA səviyyəsində Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən ilk qətnamə layihəsidir”.
E.Süleymanov AŞPA-da Rusiya nümayəndə heyətinə qarşı olduğu kimi, ermənilər üçün də eyni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinin qəbul olunmaması üçün qurumda hər cür təzyiqlərlə üzləşdiyini deyib. Onun sözlərinə görə, qətnamə layihəsinə iyunun 22-də Sədarət Komitəsində baxılıb və belə bir konsensus əldə olunub ki, məsələ ilə bağlı məruzəçinin təyin olunmasına dair sənəd Büroya göndərilsin. Lakin məsələyə AŞPA-nın baş katibi Savitski qarışıb və prosedur əngəlləri yaratmaqla qətnamə layihəsinin Büroda müzakirəsinin qarşısını almağa çalışıb: «Mən orada dərhal yeni bir qətnamə layihəsi hazırlayıb, iyunun 24-də Katibliyə təqdim etdim. Katiblik tərəfindən qəbul olunan və qurumun rəsmi saytında dərc edilən qətnamə layihəsi baxılmaq üçün gündəliyə salındı. Həmin vaxt AŞPA baş katibi Savitskinin təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsi” adlı üçüncü və daha loyal qətnamə layihəsi Katibliyə təqdim edildi. Büro iclasında hər 3 sənədin müzakirə üçün gündəliyə salınmasına baxmayaraq, onların müzakirəsi sentyabr ayına kimi təxirə salındı. Bütün bunlarda məqsəd Ermənistan nümayəndə heyətinə qarşı sanksiya nəzərdə tutan qətnamə layihəsini kölgədə qoymaq və nəticə etibarilə Ermənistana qarşı sanksiya tətbiq olunmasının qarşısını almaqdır».
Millət vəkili AŞPA-nın baş katibi Savitskinin onunla görüşdə əvvəlcə özünü dostyana aparıb qətnamə layihəsini geri götürməyi təklif etdiyini, buna nail olmayınca təzyiqlərə başladığını da söyləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024