Karusel (14-09-2014, 21:01)
ABŞ Vahid Ələkbərovun şirkətinə sanksiya tətbiq etdi
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Mediatv.az.az saytı “Rosbalt”a istinadən xəbər verir ki, sanksiyalar Rusiya iqtisadiyyatı, neft, müdafiə və bank sektorları üçün nəzərdə tutulub.
<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p">ABŞ Maliyyə Nazirliyinin Xarici Maliyyə Əməliyyatlarına Nəzarət Ofisinin dərc etdiyi siyahıda sanksiyaya məruz qalan şirkətlərin adları açıqlanıb. Bura “Qazprom”, “Transneft”, “Rosneft”, “Lukoyl”, “Qazprom neft”, “Surqut neft-qaz” şirkətləri daxil edilib. Məlumata görə bu sanksiya ilə neft-qaz şirkətlərinə dərin sulardakı sahələrdə və arktik şelfində, həmçinin şist qatlarında neft yataqlarının mənimsənilməsi üçün lazım olan malların, texnologiyaların çatdırılması qadağan edilir. <p"> <p">Bununla yanaşı siyahıya Rusiyanın bir neçə bankı da daxil edilib. <p"> <p">
Xatırladaq ki, “Lukoyl” şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.<p">
<p">Qeyd edək ki, Avropa Birliyi də bu gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.