Karusel / Slayd (16-09-2019, 11:02)
NAZİRİN YENİ LAYİHƏSİ CİDDİ NARAZILIĞA SƏBƏB OLDU
“HƏMİN VƏTƏNDAŞLAR MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏLİDİRLƏR”
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakıdakı kabelləşdirmə işi əhalinin ciddi narazılığına səbəb olub. BakuPost xəbər verir ki, bu prosesdə əhalinin köhnə telefon nömrələri dayandırılır və onlara yeni nömrələr paylanılır. Bu isə sakinlərin haqlı narazılığına gətirib çıxarır.
Məsələ ilə bağlı redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, kobud şəkildə onlara məxsus nömrələr xətdən ayrılır,
“300 dollar verib nömrə almışam. İndi nə üçün nömrəm razılığım olmadan dəyişdirilməlidir?”
Bu sualı Bakının Yeni Yasamal 2 massivində yaşayan sakini İlqar Həsənov ünvanlayır. Onun sözlərinə görə, artıq 15 gündür, şəhər telefonundan istifadə edə bilmir: “Hələ 1997-ci ildə biz bina sakinləri ilə toplaşaraq, 300 dollar məbləğində pul yığıb “Azeurotel” şirkətinə müraciət etmişik və binaya telefon kabeli çəkdirmişik və nömrə almışıq. Telefon xətti də mülkiyyət hüququdur. Əgər pul ödənilirsə, deməli, şirkətlə istifadəçi arasında qarşılıqlı öhdəliklər olmalıdır. Mən ödənişdə heç bir problem etmədiyim təqdirdə, şəxsi mülkiyyətim kimi heç kim o nömrəni məndən ala bilməz. ATS-in öhdəliyi isə o xəttin işləməsini təmin etməkdir”.
İ.Həsənov deyib ki, onların təkidlərinə, etirazlarına baxmayaraq, nömrələrini şəbəkədən ayırıblar: “Avqust ayında bizə bildirdilər ki, Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində yeni layihə həyata keçirir. Ev telefonları üçün köhnə xətlər yeni optik kabellərlə əvəz olunur. Bununla bağlı olaraq, əvvəlki nömrəniz işləməyəcək və sizə yeni nömrə veriləcək. Əgər istəsəniz nömrənizə uyğun nömrə verərik. Mən də bildirdim ki, nömrəm var. Mənə bildirildi ki, onsuz da bu nömrəniz işləməyəcək. Mənim nömrəmə uyğun nömrə versələr də, nömrədə bir rəqəm dəyişikliyi ilə fərq yaranır. 22 ildən artıq müddətdir ki, bu nömrə fəaliyyət göstərir. Mən uzun illərdən sonra nə üçün nömrəmi dəyişməliyəm? Tanıdığım hamıya bir-bir nömrəm haqqında məlumat verməliyəm?
Mən nömrəmin dəyişilməyini istəmirəm, heç optik kabeldə istəmirəm. Qeyd edim ki, ərazidəki bütün köhnə xətlər də kəsilib. Mənə bildirirlər ki, əgər indi icazə versəniz pulsuz çəkilir, amma sonra müraciət etsəniz çətin olacaq və ya baxılmayacaq. Avqustun 30-dan artıq bizdə telefon xətti işləmir. “Azeurotel” şirkətinə də müraciət etmişəm ki, nasazlığı aradan qaldırın. Onlar mənə bildirib ki, siz könüllü surətdə ərizə yazaraq, yeni kabel xəttinə keçin və sizə “Baktelecom”dan yeni nömrə verilsin: “Biz heç bir köməklik edə bilmərik”. Lakin mən nömrəyə görə ödəniş etmişəm ki, aktiv fəaliyyət göstərsin. Nə üçün mən problem yaşamalıyam? Optik kabellər çəkilərkən nömrələri yeni xəttə daşımaq olmazmı?
Qanuni cəhətdən telefon nömrəsi mənim mülkiyyətimdir və hazırda mənim mülkiyyət hüququm pozulur. Bundan başqa kabellər çəkilərkən evə yeni modem aparatları quraşdırırlar. Həmin modemlərdə də həm telefon, həm də internet xətti birləşdirilmiş bir cihazdır. O cihazın daxilinin nədən ibarət olduğu barədə vətəndaşlara heç bir izah verilmir”.
Rəsmilər nə deyir?
BakuPost məsələ ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ilə müraciət edib. Sorğuya rəsmi cavab verilib. Cavabda bildirilir ki, yenidənqurma işləri zamanı bəzi hallarda nömrələrin digər ATS-in xidməti ərazisinə keçirilməsi zərurəti yaranır:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin beynəlxalq standartlarla təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini həyata keçirir. Bu məqsədlə “Evədək optika” layihəsi çərçivəsində köhnə və yeni tikililərdəki mənzillərdə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlərin keyfiyyətli multimedia xidmətlərinə qoşulması prosesi aparılır.
Baktelecom tərəfindən abunəçilərə göstərilən xidmətin müəyyən müddətə dayandırılması layihə tətbiq olunan yaşayış binalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olur. Bu zaman yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılırlar. Eyni zamanda prosesə başlamadan öncə texniki heyət mənzil sakinlərini fərdi qaydada aparılan yenidənqurma işləri ilə bağlı xəbərdar edir. Bu işlər yekunlaşdıqdan sonra abunəçilərin sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır.
BTR” MMC –nin xidməti sahələrində həyata keçirilən “Evədək optika” layihəsi çərcivəsində “AZ-EVRO TEL” MMC və 1 saylı rabitə xidmətləri mərkəzinin tabeliyindəki telefon nömrələrinin optik şəbəkəyə keçirilməsi prosesi aparılır. Yenidənqurma işləri zamanı bəzi hallarda nömrələrin digər ATS-in xidməti ərazisinə keçirilməsi zərurəti yaranır. Bu zaman nömrələrin indeksində yalnız bir rəqəmin dəyişməsi baş verir ki, bu da kütləvi hal daşımır. Müxtəlif indeksli (492-XXXX və 432-XXXX) nömrələrin mərkəzləşdirilmiş qaydada idarə edilməsini əsas götürərək, eyni zamanda göstərilən xidmətlərdə yarana biləcək cətinliklərə operativ qaydada müdaxilə edilməsini nəzərə alınaraq, həmin əraziyə düşən 492-XXXX nömrələrinin 432-XXXX nömrələri ilə əvəz edilməsində zərurət vardır. Hazırda bununla razılaşmayan abunəçilər üçün isə qanunvericiliyə uyğun qaydada tədbirlər planı hazırlanır”.
Qanun nə deyir? – Hüquqşünas rəyi
Məsələ ilə bağlı Bakupost –a danışan tanınmış vəkil Əsabəli Mustafayev bildirib ki, burada yeni xəttin çəkilməsi zamanı vətəndaşın istəyi nəzərə alınmalıdır: “Əgər yeni xətt çəkilərkən köhnə xətdə olan nömrənin işləməsi mümkün deyilsə, məsələni başqa yöndən həll etmək lazımdır. Nəzərə almaq lazımdır ki, bu proses zamanı vətəndaşa qismən zərər dəyir. Yəni hüququ pozulur. Çünki vaxtilə vətəndaş həmin nömrəni almaq üçün müəyyən xərc çəkib. Ona görə də yeni optik xətlər çəkilərkən vətəndaşlara yeni nömrələrin verilməsi və bununla bağlı digər xidmətlər pulsuz göstərilməlidir”.
Hüquqşünasin sızlərinə görə, vətəndaşın razılığı alınmadan onun telefon nömrəsi dəyişdirilərsə, həmin şəxs məhkəməyə müraciət edə bilər:Lakin xidmətlər hamı üçün onsuz da pulsuz həyata keçirilirsə, demək, həmin şikayətçi vətəndaşa vaxtilə aldığı nömrə üçün kompensasiya ödənilməlidir. Bu da tərəflər arasında danışıq əsasında razılaşdırılmalıdır. Əgər poçt idarəsi könüllü sürətdə məbləği ödəmək istəmirsə, vətəndaş məhkəməyə müraciət edərək pulunu ala bilər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024