Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (12-03-2019, 19:10)
Sahibkarlar başçının zülmündən dad deyir... - ETİRAZ

 Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan ərazidə obyektləri sökülən 66 sahibkar bu günlərdə Prezident Administrasiyası binasının önünə yürüşə hazırlaşır.

Reyting.az-ın əldə etdiyi məlumata görə, sahibkarların bu aksiyanı təşkil etməkdə məqsədləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun az qala iki ilə yaxındır onları aldatmasına etiraz bildirməkdir.

Məlum olduğu kimi, 2017-ci ilin may ayında “Şərq bazarı”nda 66 sahibkara məxsus ticarət obyektləri söküləndə, Zakir Fərəcov həmin ilin sentyabr ayında elə orada tikiləcək ticarət mərkəzində onların hər birinə yer veriləcəyini vəd edib. Lakin ötən müddətdə ərazidə, belə demək mümkünsə, daş daş üstə qoyulmayıb. 

Sahibkarlar bu süründürməçiliklə bağlı dəfələrlə icra başçısına müraciət edib. Zakir Fərəcov hər dəfə onlara problemin tezliklə həll ediləcəyini desə də, heç bir nəticəsi olmayıb.

Sahibkarlar başçının bu cür davranışından bir neçə dəfə Prezident Administrasiyasına, Prezident İlham Əliyevin özünə də yardım üçün müraciət ediblər. Lakin bunun da xeyiri olmayıb. Bu səbəbdən 66 sahibkar daha kütləvi aksiya təşkil edib problemlərinin həlli üçün konkret addım atılmasını tələb etmək niyyətindədirlər.шаблоны для dle 11.2

Xəbər lenti
1 12 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024