Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (25-07-2014, 21:19)
Dövlət Baytarlıq Xidmətindəki rüşvət cədvəli - ilginc iddialar

 

Biz uzun müddət müxtəlif qurumların işindəki neqativ halları işıqlandırmaqla problemi aradan qaldırmağa çalışırıq. Yəni bir-iki dəfə yazmaqla kifayətlənməyib problemin axırına çıxmağa cəhd edirik. Belə hallardan biri ilə xeyli müddət əvvəl Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində qarşılaşmışdıq.Belə ki bu Dövlət Xidmətində kifayət qədər problemlər olmaqla yanaşı, ciddi korrupsiya halları da var idi. Ölkəmizin qanunları imkan verir ki, hər bir vətəndaş bizneslə, özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olsun. Ancaq Baytarlıq Xidmətində kim heyvandarlıq dərmanları satmaq üçün özəl aptek açmaq istəyirdisə, ən azı 2000 manat rüsum köçürməli, 3000 manat isə "şapka" verməli idi. Belə olanda isə dərmanların qiyməti ceyran belinə qalxırdı. Və nəticədə aqrar sahədə çalışan sahibkarlara ciddi ziyan dəyirdi, heyvandarlıq məhsullarının qiyməti son həddə çatırdı. Biz bir qəzet olaraq qonşu ölkələrin bu sahədəki qanunlarını öyrənəndə gördük ki, bu proses bir çox ölkələrdə çox ucuz qiymətə başa gəlir. Və bizim ardıcıl yazılarımızdan sonra Nazirlər Kabineti qərar verdi və özəl apteklərin dövlət rüsumu 300 manat müəyyən edildi.
Baytarlıq sahəsində özəl aptek işlədən şəxslər hər dəfə bizimlə qarşılaşanda gülə-gülə deyirlər ki, "xalqxeber.Az" saytı bu məsələdə bizə yaxşı mənada lobbiçilik etdi. 
Sayt olaraq bizim üçün bundan böyük mükafat ola bilməz. O vaxt bizim dərc etdiyimiz faktlara söykənən yazılar gec də olsa, yuxarılarda reaksiya doğurdu. Və uzun müzakirələrdən sonra işindəki ciddi nöqsanlara görə, Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırıldı.
Biz düşündük ki, yəqin yeni vəzifəyə təyin olunmuş Siyalə xanım Rüstəmova işinin öhdəsindən gələcək və köhnə sədrin yaratdığı problemləri az vaxtda aradan qaldıracaq. Ancaq təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. 
İndi cəmiyyətə təqdim edəcəyimiz aşağıdakı "rüşvət cədvəli" bunu aşkar şəkildə göstərir.
Dövlət Baytarlıq Xidməti işçilərinin bizə təqdim etdiyi "Tarif cədvəli"ni dərc edirik. Qoy ölkədə rüşvətə və korrupsiyaya qarşı mübarizə aparmaq istəyən dövlət qurumları özləri üçün nəticə çıxarsın.
Baytarlıq və baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının xidmətləri:
1. Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək ) müayinə- 2 manat, bazardakı qiymət- 6 manat at, yəni 3 dəfə çox.
2. Qoyun və donuz əti ( 1 cəmdək )- müayinə 1 manat, bazardakı qiymət- 5 manat, yəni 5 dəfə çox.
3. Diri quş və quş əti ( 1 baş ) - müayinə 4 qəpik, bazardakı qiymət 50 qəpik.
4. Hazır ət məhsulları- müayinə 2 manat, bazardakı qiymət-10 manat.
5. İçalat, dil, baş, dırnaq və sair-müayinə 50 qəpik, bazardakı qiymət- 3 manat.
6. Balıq (diri, dondurulmuş və ya hisə verilmiş )- müayinə 80 qəpik, bazardakı qiymət 8 manat.
7. Yumurta (topdan satış- 1 partiya 1000 ədəddən artıq)- 80 qəpik, bazardakı qiymət 5 manat.
8. Yumurta (pərakəndə satış- 1 partiya 1000 ədədə qədər)- 20 qəpik, bazardakı qiymət 3 manat.
9. Süd və süd məhsulları, qatıq, pendir və s.- 30 qəpik, bazardkı qiymət 2 manat.
10. Arı balı ( 1 partiya )-1 manat 50 qəpik, bazardakı qiymət 6 manat….
Xatırlatma üçün qeyd edək ki, Azərbaycan Respublikası ərazisində bütün növ heyvanların (mal-qaranın, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edlməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirmək, - bir sözlə, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etmək Dövlət Baytarlıq Xidmətinə tapşırılıb. 
"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununda təsbit edilmiş vəzifələri həyata keçirmək, heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə nail olmaq üçün Dövlət Baytarlıq Xitmətinin əməkdaşları çalışmaq əvəzinə, bazarlarda rüşvət şəbəkəsi quraraq xırda və iri sahibkarlara qənim kəsilirlər.
Yuxarıda qeyd etdiyimiz qiymətlərdən göründüyü kimi, 10 qəpik dövlətin cibinə-büdcəyə gedəndə, ondan 15-20 dəfə çox miqdar ayrı-ayrı şəxslərin cibinə gedir. Bu, çox dəhşətli korrupsiya şəbəkəsidir.
Biz hələ dövlətin təyin etdiyi tarifə əlavələrdən bəhs edirik. Nəzərə alsaq ki, minlərlə obyekt gizlədilir, uçota alınmır, yığılan rüşvətin miqdarı astronomik rəqəmlə ölçülər.
Bizə daxil olan məlumata görə, 1 ət mağazası uçota alınanda 5-i kənarda qalır. Mötəbər mənbənin bildirdiyinə görə, hər baytarlıq laboratoriya müdiri dövlətin hesabına 300 manat keçirib, 10-15 min manatı öz cibinə qoyur, 5 min də Bakı Şəhər Baytarlıq İdarəsinə verir.
Biz hələ ölkəyə gətirilən heyvan və heyvandarlıq məhsullarından bəhs etmirik. Təsəvvür edirsiniz ölkəyə daxil olan hər kiloqram ətə, yağa, pendirə, kolbasaya və s. görə Dövlət Baytarlıq Xidməti işçilərinin ciblərinə nələr daxil olur. Hələ ət kəsim obyektləri, kolbasa, sosiska sexləri və digər "toçka"lardan hansı miqdarda rüşvət yığılır…
P.S. Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov vəzifəsindən gedəndə düşünürdük ki, bu qurumda vəziyyət yaxşılığa doğru dəyişəcək. Ancaq daxil olan məlumatlara görə, vəziyyət əksinə, pisləşməyə doğru gedir. Həm də yeni sədr Siyalə Rüstəmovanın zəif idarəçi olması özünü açıq-aşkar göstərir.
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024