Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (18-04-2014, 21:22)
Xanlarda adi kombinat müdiri işləyən xanım necə Dövlət Xidmətinin rəisi oldu..?

 

Siyalə Rüstəmova Bakı Şəhər Baytarlıq İdarəsinə biznes kimi baxır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Ancaq gözləntilər özünü doğrultmadı.

Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın müdiri işləyən Siyalə Rüstəmovanın birdən-birə yüksək vəzifəyə gətirilməsi əslində, gözlənilən deyildi.

Çünki rayon səviyyəsində adi kombinat müdiri işləyən xanımın bir neçə ayın içərisində az qala nazir səviyyəsində mühüm və məsuliyyətli vəzifəyə irəli çəkilməsi məntiqə uyğun deyildi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə etibar edilir. Bu etimadın və etibarın arxasında nə dayanırdı..?

Həm də nəzərə almaq lazımdır ki, Dövlət Baytarlıq Xidməti kimi geniş və mürəkkəb sahəyə bələd olmayan şəxs buranı necə idarə edə bilərdi..?

Xatırlatmaq üçün qeyd edək ki, Siyalə xanım ucqar bir kənddə fəaliyyət göstərən kombinata rəhbərlik edirdi və kombinatda kifayət qədər maliyyə və digər problemlər var idi. Yəni xanım Rüstəmovanı işdən uzaqlaşdırmaq üçün bir neçə dəfə yoxlama da təşkil olunmuşdu. Ancaq hansısa sirli əl qəfil adi kombinat müdirini ölkə səviyyəli Respublika Baytarlıq Laboratoriyasına direktor gətirdi. (Yeri gəlmişkən, bu laboratoriyanın direktorunun vəzifədən qəfil uzaqlaşdırılması, nazirin yanında olan söhbətlər, məhkəmə prosesi biabırçı bir mövzu olduğu, Kənd Təsərrüfatı Nazirliyinin imicinə yaraşan söhbət olmadığı üçün toxunmuruq ).

Respublika Baytarlıq Laboratoriyasında cəmi bir-iki ay işləyən Siyalə Rüstəmovanı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə rəis təyin etdilər.

Bunu bilirsiniz nə ilə müqayisə etmək olar..?

Elə bil ucqar bir kənd məktəbinin direktorunu gecənin birində təhsil naziri təyin edirlər. Siyalə Rüstəmovanın təyinatı belə idi. Ona görə də bir ildən çox Dövlət Baytarlıq Xidmətinin rəisi işləməsinə baxmayaraq, Siyalə xanım konkret olaraq baytarlıq sahəsində heç bir müsbət addım ata bilməyib. Əksinə, son bir ildə Bakı kimi bir neçə milyonluq şəhərin-paytaxtın baytarlıq sisteminə rəhbərlik edən şəxslər üç dəfə dəyişdirilib. Bir il ərzində Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Vəli Qarayev işindən azad edilib, onun yerinə Rəşid Abbasov rəis, Aslan müəllim isə müavin təyin edilib. Çox az müddət keçəndən sonra Rəşid Abbasov və onun müavini Aslan müəllim işdən azad edilib. Və rəisin yerinə Şahmar Abdullayev adlı şəxs təyin olundu. Şahmar Abdullayev işdən azad olunduqdan sonra, Bakı Şəhər Baytarlıq İdarəsinə Aslan Aslanov rəis təyin olundu. Aslan Aslanovda gələr-gəlməz köhnə rəislərin ölənlərinə rəhmət oxutdurmağa başlayıb. Başa düşmək olmur paytaxt əhalisinin sağlamlığı və ərzaq təhlükəsizliyi ilə bağlı belə "eksperimentlər" etməyə Siyalə xanıma kim icazə verib. Görəsən, bu işə görə məsuliyyət daşıyan şəxslər nəyi və kimi axtarırlar..? Daha doğrusu, nə axtarırlar, nə gəzirlər..?

Kimin 50 minliyini qaytarmaq lazımdır..? Kimlər güc orqanlarından birinin adından istifadə edib rəisə hədə-qorxu gəliblər? Suallar çoxdur, ancaq dərinə getmək istəmirik...

Ümumiyyətlə, son bir ildəki fəaliyyəti onu göstərir ki, Siyalə Rüstəmova ona etimad göstərilən vəzifənin öhdəsindən gələ bilmir, ya da ortada başqa səbəblər var...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024