Karusel (16-07-2014, 17:24)
Nazirlik komitə sədrinin keçmiş 1-ci müavininin saxlanılması ilə bağlı açıqlama yaydı
“4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Eko İnşaat” MMC-də 24 941,04 manat əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş material üzrə 2011-ci il martın 3-də Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılarkən məhkəmə qərarı ilə müəssisədə aparılan növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 394010,97 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilib”.
Bu barədə modern.az saytının sorğusuna cavab olaraq Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, istintaq zamanı “Eko İnşaat” MMC-nin direktoru Daşqın Ağalarlının 2013-cü il avqustun 15-də CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmayıb:
“Odur ki, həmin tarixdə barəsində Cinayət Prosessual Məcəlləsinin 278-ci maddəsi ilə axtarış elan edilib. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qərarı ilə Daşqın Ağalarlı barəsində həbs-qətimkan tədbiri seçilib və cinayət işi üzrə icraat, CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılıb”.
Məlumatda o da bildirilir ki, Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosundan 2014-cü il martın 3-də daxil olan məktubda beynəlxalq axtarışda olan, Daşqın Ağalarlı 2014-cü il martın 1-də Sarpi sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olarkən saxlanılıb: "Azərbaycanın Baş Prokurorluğunun beynəlxalq əlaqələr idarəsinə müraciət edilməklə Daşqın Ağalarlının respublikaya ekstradisiya məsələsinin həll edilməsi üçün müvafiq sənədlər təmin edilib və respublikaya gətirilməsi ilə bağlı işlər davam etdirilir”.
Qeyd edək ki, vaxtilə Azərbaycan müxalifət hərəkatının üzvü olmuş Daşqın Ağalarlının Gürcüstanda saxlanılması haqda xəbər bir neçə gün öncə yayılıb. Gürcüstan prokurorluğunda hazırda onun ekstradasiyası məsələsinə baxılır və qərar beynəlxalq razılaşmaya uyğun veriləcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024