Karusel (16-07-2014, 13:46)
Hacı Madər Musayevin karyerasını bitirirlər
Biznesmen-deputat mandatını itirməmək üçün Mütəllibova minnətçi düşüb
Son dövrlər həm mətbuatda, həm də ictimai-siyasi dairələrdə 2015-ci il parlament seçkilərinin fərqli müstəvidə keçiriləcəyi barədə müzakirələr gedir.
Bunu Qərbin Azərbaycan hakimiyyətinə qarşı daha sərt mövqe tutması və ondan demokratik seçkilərin keçirilməsi tələbini etməsi ilə əlaqələndirirlər. Məhz, bu səbəbdən də 2015-ci ilin payızında keçiriləcək seçki-lərdə hazırkı deputat korpusunun 60-70 faizinin dəyişəcəyi bildirilir. Xüsusən də dəfələrlə mandat sahibi olan bəzi şəxslərin deputat kürsüsündə əyləşə bilməyəcəyi qətiləşib. Təbii ki, mandatını itirəcək deputatların sı-rasında həm də biznesmen kimi tanınanlar çoxluq təşkil edəcək.
Qeyd edək ki, bu iki kateqoriyaya uyğun gə-lən deputatlardan biri Hacı Madər Musayevdir. M.Musayev 1990-cı ildən nə az, nə çox düz beş dəfə eyni dairədən deputat seçilib.
Verilən məlumatlara görə, artıq M.Musayev sonuncu deputatlıq dönəmini yaşayır. 2015-ci ildə parlamentin qapıları onun üzünə qapadılacaq. Bldirilir ki, biznesmen-deputat da karyerasının üzərini "qara bulud"ların almasından xəbərdardır. Ona görə də 2015-ci ildə mandat almaq üçün müxtəlif varianlara əl atıb. Amma hakimiyyətdə söz sahibi olan qruplaşma rəh-bərlərinin ona "yox" cavabı verməsi M.Musayevi başqa kanal axtarmaq məcburiyyətində qoyub. Aldığımız məlumata görə, mil-lət vəkili eks-prezident Ayaz Mütəllibovdan yardım istəyib. "Bildiyiniz kimi, Mütəllibov artıq hakimiyyətlə bütün problemlərini həll edib. Hətta hazırda hakimiyyətin əsas güc mərkəzlərindən olan qruplaşmalarla daha sıx münasibətdədir. Madər Musayev də bunu bildiyindən Mütəllibovdan növbəti dəfə mandat almaq üçün yardım istəyib. Məndə olan məlumata görə, Mütəllibov ona siyasi proseslərə qarışmaq istəmədiyini, amma müəyyən cəhdlər edəcəyinə söz verib", - deyə mənbə bildirib.
Qeyd edək ki, son dövrlər sahibkarlıqla məşğul olan şəxslərin seçkili qurumlarda təmsil olunması ilə bağlı narazılıqlar var. Bu səbəbdən də Bakıda böyük biznes qurumlarına sahib olan M.Musayevin adı müəyyən qalmaqallarda hallanır. Son bir neçə ayda "Favorit" marketlər şəbəkəsinin millət vəkili Madər Musayevə məxsus olundu-ğu da iddia edilir. Onun Binəqədi rayonun-dan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox Binəqədi rayonu ərazi-sində fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib. Yayılan məlumatlara görə, Madər Musayevə məxsus "Favorit" marketlər şəbəkəsi 2013-cü ilin avqustun-dan fəaliyyətə başlayıb. Ancaq bu günlərdə deputat mətbuata açıqlama verərək, onun heç bir marketlər şəbəkəsinin olmadığını bəyan etdi. Ancaq bizi bilgiləndirən şəxs id-dia edir ki, sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib: "Madər Musayev hələ sovet dövründən bizneslə məşğuldur. Onun nə qədər böyük imkanlara malik olduğunu çox adam bilir. Beş dəfə deputat seçilməsi də məhz bununla bağlıdır. Çünki o, yuxarıların tapşırığı ilə hər zaman böyük xərcli tədbirləri maliyyələşdirir".
Məlumata görə, M.Musayevin Binəqədi rayonunda - 9-cu mikrorayonda ikimərtəbəli bir ofisi də var: "İki mərtəbə və zirzəmidən ibarət olan bu ofisdə olanlar onun "Kurtlar vadisi"nin məşhur baronu Mehmet Karahanlının dəbdəbəli ofisinə bənzədiyini deyirlər. O müdhiş auralı ofisə Madər Musayevin çox yaxın ətrafı gəlib-gedir. Orda hansı məsələlərin müzakirə olunduğunu deyə bilmərəm, amma bildiyimə görə, siyasətdən kənar məsələlər məhz orda həll olunur".
Onu da nəzərə çatdıraq ki, M.Musayevin adı başqa bir qamlaqalda da hallanır. Mətbuatın yazdığına görə, Quba rayon Qimil-Qazma kənd sakini Bəhruz Bünyədəli oğlu Rəhimovun xüsusi torpaq sahəsini iki deputat qanunsuz şəkildə zəbt edib. Şikayətçi bildirir ki, ona məxsus torpaq saxta sənədlərlə deputatlara verilib. Saxta sənədlər "Azər-yolservis" ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovun oğlu Şəmşir Qurbanovun və Milli Məclisin deputatı Madər Ələsgər oğlu Musayevin adınadır. Ancaq bildirilir ki, hər hansı bir alqı-satqı olmayıb. Elə bu sə-bəbdən də deputatlar arasında pay-puş edilən torpağın əsl sahibi Bəhruz Rəhimov onları məhkəməyə verib. Ancaq hələ də deputatlarla bağlı hər hansı tədbir görülməyib.
Şikayətçinin sözlərinə görə, həmin ərazidə deputatlar dəbdəbəli villalar tikdirib. Həmin ərazidə Hacı Madər Musayev, Cavid Qurbanov və Əbülfəs Qarayevin qonşu olduqları bildirilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024