Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-10-2018, 13:34)
Qüdrət Şükürovun cinayət işi barədə yeni AÇIQLAMA

 

 

 

 

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Mediatv.az Modern.az-a istinadən xəbər verir ki , Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Rəsmi məlumatda eyni zamanda, “Bakılifttəmir” İstehsalat Birliyində aparılan araşdırmaların davam etdirildiyi vurğulanıb:

“Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən “Bakılifttəmir” İstehsalat Birliyində aparılır. Hazırda “Bakılifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək”.

Q.Şükürovun səhhətilə bağlı Azərbaycandan kənarda müalicə almasına gəlincə, istintaq getdiyindən, onun ölkədən kənara çıxmasının mümkün olmadığı qeyd olunub.

Qeyd edək ki, “Bakılifttəmir” İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Həmçinin, Q.Şükürovla bağlı əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov "Bakıli fttəmir" İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.

Xatırladaq ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024