Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-10-2018, 15:02)
ABŞERON İCRA HAKİMİYYƏTİ CİNAYƏTİ BİLİB ÖRT-BASDIR ETMİŞDİR?

 
Mediatv.az saytının sadiq oxucuları "İnvestA MMC-nin qanunsuz əməllərinə niyə göz yumulur?"başlıqlı birinci və "Bank Respublika" gələcək aqibəti bəlli olmayan evlərin hüquqsuz sahibləri ilə niyə ipoteka müqaviləsi bağlayıb?" sərlövhəli ikinci məqalənin qayəsində duran mövzunu xatırlayırlar. Həmin yazılarda söhbət yaxın qohumların idarə etdikləri "İnvestA" MMC tikinti şirkəti ilə "Bank Respublika" ASC-nin vətəndaşları aldadaraq onlara ziyan vurması və eləcə də gəlirlərini vergidən gizlətmələrindən gedirdi. Hasil olan nəticə bu idi ki, bank rəhbərliyi tikinti şirkətinin vergidən yayınmasına şərait yaratmaqla dövlətin mənafeyinə zidd hərəkət etdiyini qabaqcadan bilmiş, sonradan isə vətəndaşların mənafeyinə zərər vurulmasının qarşısını almağa çalışmamışdır. İndi üzə çıxır ki, təkcə bank deyil, Abşeron rayon İcra Hakimiyyəti də cinayəti bilib ört-basdır etmiş və hələ də gizlətməkdədir. Abşeron rayon İcra Hakimiyyətinin baş memarı "İnvest A" MMC və Bank Respublika" ASC tərəfindən aldadılan vətəndaşlardan birinin hüquq məsləhəıtçisi olan vəkil 17 fevral 2018-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinə sorğu ünvanlayaraq RİH başçısının 165 saylı 22 fevral 2008-ci il tarixli Sərəncamını xatırladıb (Hansı ki, həmin sərəncama əsasən, İnvest A" MMC-nə məxsus Masazır Bələdiyyəsi ərazisində 16,98 ha torpaq sahjəsində fərdi evlərdən ibarət "Park Solero" yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir). Vəkil sorğu məktubunda həmin tikintiyə Abşeron RİH tərəfindən nəzarət edilib-edilməməsini barədə məlumat verilməsini xahiş edib. Abşeron rayon İcra Hakimiyyətinin baş memarı vəkilin sorgusuna 14 mart 2018-ci il tarixli məktubunda belə cavab verib: "Nəzərinizə çatdırırıq ki, Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən Masazır kəndi ərazisində 16,98 ha torpaq sahəsində fərdi yaşayış evi tikintisi məqsədilə verilmiş sərəncamın icrasına nəzarət həyata keçirilir. Lakin SİFARİŞÇİ (şrift fərqləndirməsi Mediatv.az-ındır - red.) tərəfindən icra edilən tikinti işlərinin sürətinə və keyfiyyətinə müdaxilə edilməsi RİH-nin səlahiyyətlərinə aid deyildir" Rayonun baş memarı vəkilin "həmin məktubda qeyd edilən "sifarişçi"nin hansı hüquqi və ya fiziki şəxs olduğu" barədə məlumat verilməsi xahişini etiva edən növbəti sorğusuna 17 aprel 2018-ci il tarixli məktubunda belə cavab verib: "Abşeron rayonu, Masazır kəndi, Masazır-Novxanı avtomobil yolunun qərbində inşa edilən fərdi yaşayış evlərindən ibarət kompleksin sifarişçisi həmin kompleksin yerləşdiyi torpaqların mülkiyyətçisi hüquqi şəxs "İnvest A" MMC-dir. Əlavə olaraq bildiririk ki, tikinti işləri də həmin şirkət tərəfindən aparılır". RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri vəkilin növbəti sorğusunu 17 iyul 2018-ci il tarixli məktubu ilə belə cavablandırıb: "Təkrarən nəzərinizə çatdırırıq ki, Abşeron rayonu, Masazır kəndi, Masazır-Novxanı yolunun qərbində "İnvest A" MMC-nin mülkiyyətində olan torpaq sahəsində inşa edilən kotteclər və viullaların tikintisinə icazə sənədləri bilavasitə "İnvest A" MMC-yə verilmişdir. Həmin tikintilərin "İnvest A" MMC tərəfindən, yaxud, "İnvest A" MMC-nin mülkiyyətində olan torpaq sahələrini satdığı fiziki şəxslər tərəfindən aparılması barədə heç bir məlumat yoxdur". Abşeron RİH-nin baş memarının sorgulara verdiyi cavab məktublarından bəlli olur ki, RİH sözügedən fərdi yaşayış evlərinin tikintisi məqsədilə verilmiş sərəncamın icrasına "nəzarət" edir, amma bu nəzarət özündə tikinti işlərinin sürətinə və keyfiyyətinə müdaxilə etmək səlahiyyəti ehtiva etmir. RİN-nin memarlıq və tikinti şöbəsi hətta heç "nəzarət" etdiyi tikinti işlərinin hətta konkret kim tərəfindən aparıldığı barədə məlumata da malik deyildir. Haqlı olaraq ortaya belə bir sual çıxır: Bəs bunun nəyi Nəzarət oldu? Bütün bu açıq qalan sualllar belə düşünməyə əsas verir ki, "Bank Respublika" da, Abşeron rayon İcra Hakimiyyəti də, şikayətlərin ünvanlandığı cinayət təqibi orqanları da, məhkəmələr də hər vəchlə "İnvest A" MMC-ni məsuliyyətdən kənarda saxlamağa çalışırlar. İstəyirlər ki, aldadılan vətəndaşların əlində "İnvest A" MMC-nə qarşı hüquq müstəvisində dava açmaq mexanizmi olmasın. Bunun da bir anlamı var - ya şirkətin arxasında yüksək mənsəbli, "toxunulmazlıq" statuslu məmur-oliqarx durur, ya da ortada nəzarət edici , cəza təyin edici şəxslərin maraqlarını təmin edən korrupsiya amili mövcuddur.
Davamı var...
Mesaj yaz...

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024
21 05 2024