Karusel (8-07-2014, 11:06)
Dəmiryolçular qəbiristanlıqda aclıq aksiyası keçirəcək
Bizim haqqımızdan yedikləri pulları qəbiristanlığa ödəsinlər, gedib rahat ölək
Uzun müddətdir “Azərbaycan Dəmir Yolları” QSC-nin qatar bələdçiləri üzləşdikləri haqsızlıqla bağlı etiraz edirlər.
Bu haqda onlarla məqalə yazılıb, bələdçilərin problemləri ilə bağlı çəkilişlər aparılıb, bütün aidiyyəti orqanlara müraciət olunub. Ancaq hələ də onların dərdinə çarə edən tapılmır. Indi qatar bələdçiləri yeganə çıxış yolunu aclıq aksiyasında görürlər.
Ötən gün “Azərbaycan Dəmir yolları” QSC-nin qatar bələdçiləri “Azadlıq”a məlumat veriblər ki, 2 gün ərzində Bakı meri Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayacaqlar: “10 ildir ezamiyyət pullarımızı vermirlər, hər sutkaya görə 10 manat ödənilməlidir, bunlar bütün reysə 5 manat verirlər. Bu sahədə milyonlarla pul mənimsənilir. Ancaq işçinin əmək haqqına gələndə pul yoxa çıxır. Bizim dərdimizi dinləyən, problemlərimizə kömək etmək istəyən yoxdur. Ona görə də 100-150 nəfər qatar bələdçisi bu qərara gəlmişik ki, aclıq aksiyası keçirək”.
Qatar bələdçiləri onu da bildiriblər ki, aclıq aksiyası üçün ofis tapılmasa, qəbiristanlıq üçün müraciət edəcəklər: “Həm maaşımızı vermirlər, həm də ixtisarlara başlayıblar. Biz necə dolanmalıyıq, necə ailə saxlamalıyıq? Aclıq aksiyası üçün uyğun yer tapmırlarsa, bizə qəbiristanlıqda yer versinlər. Biz qəbiristanlığı ona görə istəyirik ki, aksiya vaxtı ölsək, bizim üçün asan olsun. Torpaq haqqı 500 manatdır. Bizim haqqımızdan yedikləri pulları qəbiristanlığa ödəsinlər, biz də rahat gedib ölək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024