Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-05-2018, 23:28)
İCRA BAŞÇISI DÖVLƏT FİLARMONİYASININ KASSİRİDİR?

İCRA  BAŞÇISI DÖVLƏT  FİLARMONİYASININ KASSİRİDİR?

Mediatv.az-ın elektron poçtuna Gəncə şəhər, bir qrup təhsil işçisi adından müraciət daxil olub.Müraciətdə deyilir:

         Kasıbçılıq  içində  çabalayan  Gəncə  şəhəri təhsil işçilərinin problemlərinin üzərinə  daha  bir problem     əlavə  olundu.Gəncədə  yeni  filarmoniyanın fəaliyyətə  başlaması  universitetlərin, kolleclərin    orta  məktəb  müəllimlərinin şəhər icra hakimiyyətinin  başçısı  Elmar  Vəliyev tərəfindən  məcburən  bu filarmoniyada  keçirilən  bütün  konsertlərdə   iştirak  etmələrinə  start verdi.

         Hər bir təhsil müəssisəsinə  icra hakimiyyəti  tərəfindən  dəyəri  50 manat  civarında  olan konsert  biletləri  məcburi  qaydada  göndərilir.Maraqlıdır, öz müavini  Sevda  Qurbanəliyeva,  işçiləri   Həsən  Məmmədov və Yadigar Bədəlov   vasitəsilə  bütün təhsil  müəssisələrinə zəng edərək  biri  50  manatdan  bilet  verir. Müəssisə  rəhbərləri    həmin  biletləri məcburi  qaydada  müəllimlərə  satır. Konsertin  müddəti  keçmiş  olsa  da  dəxli yoxdur, pulu  alınır.Filarmoniyanın  tutumundan  2  dəfə  çox  adama  bileti  məcburi  şəkildə satırlar, çünki  Elmar  Vəliyev  bilir  ki, bu  konsertlərə  onsuz  da  heç  kim  gəlmir, ona görə     məsələn, yerlərin  sayı  1200  olmağına  baxmayaraq, 2000-dən  artıq  bilet  satılır.

         Biz  dünən   müəllimlərə  məcburi  qaydada  satılan biletlərin  birinin  şəklini  Sizə  göndəririk. Biletin  qiyməti, müğənninin  Alim Qasımov  olması    s.  aydın  görünür. Amma  biletdə  sıra    yerin nömrəsi,  habelə  biletin  seriyası  ağardıcı  ilə  ağardılıb. Ona  görə  ki, bu  şərəfsizlər  həmin nömrə  ilə  biletin  hansı  müəssisəyə  verildiyini  müəyyənləşdirib,  həmin  işçiləri işdən  çıxartdıracaqlar.

          Bundan  başqa,  hər  həftə  Kəpəz  futbol  komandasının  biletlərini  müəllimlərə məcburi  şəkildə  satırlar.Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına və s. aparırlar. Bir gün valideyn bunların xirtdəyindən yapışıb soruşacaq ki,mən təhsil haqqı ödəyib övladımı  bura  təhsil  almağa  göndərirəm, yoxsa  futbola  baxmağa?

           Hansı  müəssisə  müdiri  bu  biletləri  götürməsə    ya  pulunu  bir  gün gecikdirsə  onda "kef " başlayır.Həmin  şəxs  ya vəzifəsini itirir,ya  da ən yaxşı halda iclaslarda  icra  başçısı  Elmar Vəliyevin  söz  ehtiyatında  olan  biabırçı təhqir    söyüşlərə  tuş gəlir.Maşallah,Elmar müəllim  leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə   görə  respublikada  məşhurdur.

          İndi təsəvvür  edin, bir  ayda  əgər  4-5  konsert  olarsa ,onda  kasıb  müəllimlərin  aylıq maaşları  heç  bilet  pulunu  ödəmir.Bu  gün 1200  nəfərdən  çox tamaşaçı  tutan filarmoniya  artıq  Gəncə şəhər  İcra  Hakimiyyətinin  başçısı   Elmar Vəliyev  və filarmoniyanın  direktoru  Samir  Cəfərov  üçün  külli  miqdarda qazanc mənbəyinə  çevrilib.Belə  yerdə  müəllimlər deyirlər, isinmədik istisinə,kor olduq tüstüsünə..

           Bir  sözlə, Gəncə  şəhərində  olan  bütün   təhsil  müəssisələri   Elmar Vəliyevin  əlindən  cana yığılıb. Camaat  bilmir  boğazının  dərdini çəksin, uşağının problemlərini həll etsin, yoxsa Elmar Vəliyevin  ciblərini doldursun. Məktəblərin  bütün  hamısına  konsert  bileti satdırır. Məktəblərə  konsert  bileti  verir, direktorlar  da  sinif  rəhbərlərinə  tapşırır ki, hər  uşaqdan  pul  yığsınlar. Müəllimlər də yazıqlar qalıblar pis vəziyyətdə.  50 manatdan  20-30  bilet verilir. Məbləği adam başına bölürlər və yığırlar. Hər ay bir neçə dəfə belə konsert olur. İndi gəl ay yazıq  müəllim  və valideyinlər ödə bu pulları. Bu nə qədər davam edəcək??? Camaat  artıq bezib. Deyirlər ki, kaş bu filarmoniyanın üstünə göydən daş yağaydı. Bu konsert nəyimizə lazımdır? Filarmoniya  olub  kimlərinsə  gəlir mənbəyi. Ölkədə    yerləri yoxdur. Camaat bir təhər başını girələyir.

          Hara baxır Təhsil naziri!?  Burdan  müraciət  edirik  Təhsil Naziri Ceyhun Bayramova. Deyirik ki, bu təhsil müəssisələrinə kim nəzarət edir? Bu təhsil müəssisələri  Elmar Vəliyevin nəzarətindədirmi  yoxsa cənab nazir Sizin? Bu biyabırçılığa son qoymaq lazımdır. Gah kukla teatırı, gah dram teatr, indi də ortaya filarmoniya çıxıb. Axı bu millət yazıqdır.

           Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlət, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır. Az qalırlar hər evə gətiurib məcburi şəkildə satsınlar. Bu sadaladığımız müəssisələrdə çalışanlar elə şəhər sakinləridir. Dolayısı ilə bütün şəhər əhalisini bilet ticarətinə cəlb etməklə məcburi bilet aldırırlar. Belə çox getməz.Yetər artıq. Məktəblərdə şagirdlər üçün zorla forma satmaqdan tutmuş fond puluna qədər hər şey tətbiq edərək yalnız və yalnız pul yığırlar. Bunu görən yoxdurmu?  Nə qədər belə hayasızlıq etmək olar?   

          İcra başçısının söyüşlərlə dolu qudurğan  hərəkətləri bütün iclaslarda adi hala çevrilib.Mətbuata yalnız martın 14-dəki iclasda olan faktların az bir hissəsi   verilib. Lakin gəncəli məmurlar artıq Elmar Vəliyevin belə söyüşlərlə zəngin toplantılarına öyrəşiblər.Bu məmurların  əksəriyyəti  arı, namusu  artıq unudublar, unutmasaydılar   bu  söyüş  dağarçığının  cavabını çoxdan verərdilər.Bu şəxs , demək olar ki, hər iclasda kimisə söyür. Ən çox sevdiyi xəbərdarlıq isə “Bu şəhərin yiyəsi mənəm. Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə? Kişi varsa, əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun”,- sözləridir. 
         Əlbəttə, təhlükəlisi odur ki, bir gün hansısa təhqir edilənin əsəbi buna dözməyib, söyüşlə cavab verəcək və ya əl-qol atacaq. Bax, o zaman ölkədə əsl sensasiyalı xəbər yayılacaq. Ona görə də düşünürəm ki, hökumət, hətta bu söyüş dağarcığını  himayə edən şəxs və ya şəxslər  dərhal Elmar Vəliyevi tənbeh etməlidir. 

         Allah sənə rəhmət eyləsin general Rasim Musayev. Nə yerin bilinir.... Kəllə ilə vurub bu söyüş dağarcığını nə yerə uzatmışdın...

         Bu başçının şəhərdə keçirdiyi elə bir tədbir, elə bir iclas yoxdur ki, ora ən azı iki saat gecikməsin. İştirakçıların xəstəsi var, yaşlısı var, qapılar bağlanır, iclas zalından  çölə  heç  kim  buraxılmır,  iki  saat  keçəndən  sonra  başçı  iclasın təşkilatçılarına  söyə - söyə  zala  daxil  olur. Başçını  əsəbi  görən  Naqif Həmzəyev alnının tərini silə-silə, əlində  su  stəkanı  onun  qarşısına  yüyürür. Görəsən, bir vaxtlar  Məmməd Əmin Rəsulzadənin  ünvanına  təhqirlər yağdıran bu  Naqif   Həmzəyev  ( Nuhun Hamza adlı facebook profilinin sahibi,https://www.facebook.com/nuhun.hun.7/about?lst=100004431069774%3A100000985989079%3A1526509699)   Gəncədən  millət  vəkilidir, yoxsa  başçının  su süzəni?Bu deputat adını hörmətdən salan şəxs parlamentdə oturmalıdır,yoxsa Elmar Vəliyevin iclaslarını təşkil etməlidir???

  İCRA  BAŞÇISI DÖVLƏT  FİLARMONİYASININ KASSİRİDİR?                            

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025