Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-04-2018, 12:29)
Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır:

Gənc nazir rüşvətə bulaşmış baş baytarla yolları ayırır:

Kənd təsərrüfatı naziri İnam Kərimovun qanunsuz işlərlə məşğul olan Baytarlıq Xidməti rəisi Azər Süleymanovla işləmək istədiyi inandırıcı görünmür

Baş baytar keçmiş nazirin fəaliyyətinə bağlı bir məmurdur və sistemdə bazar, rüşvət şəbəkəsi yaradıb. 

Ümummillilider Heydər Əliyev baytarlıq orqanlarının fəaliyyətinə yüksək qiymət verərək demişdi: “Baytarlıq elə bir sahədir ki, orada işləyənlər daima ayıq, sayıq olmalıdırlar”. 

Ancaq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin başında duran Azər Süleymanov Ulu Öndərin “ayıq, sayıq” olmaq tapşırığını sahibkarlığın inkişafına mane olmaq və sərvət toplamaqla “icra edir”. 

Tender maxinasiyaları və şişirdilmiş qiymətlər 

Büdcədən ayrılmış vəsait hesabına alınan alət və baytarlıq preparatlarının alış qiyməti şişirdilir. Adi bir misal: Avtomat şprisin istehsalçı-zavod tərəfindən satış qiyməti 80-85 manat olduğu halda, 2018-ci ildə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytarlıq idarələrinə 24.01.2018 ci il 01-03-08 nömrəli bölgü əsasında verilmiş hesab- fakturada həmin şprisin bir ədədi 160 manata sənədləşdirilib. 

Dabaq xəstəliyinin AO Asiya 1 tipinə qarşı vaksinin istehsalçı Şelkovskiy Bioloji Kombinatında min dozasının satış qiyməti (çatdırılma xərci də daxil olmaqla) 170-180 manat oduğu halda, 2016-ci ildə 409 manat və 2018-ci ildə isə min dozası 603 manata sənədləşdirilib. Fərqə diqqət yetirin! 
(Təchizat bazasının (VÖEN1500285191) 2018-ci tarixli hesab-faktura əlimizdədir-red). 

Bəzən də ölkəyə gətirilən dabaq əleyhinə vaksinin flakonun üst etiketini qopardıqda altından vaksinin yararlıq vaxtı keçmiş, seriya, kontrol nömrələri üst etiketi ilə eyni olmayan istehsalçı-zavodun yapışdırdığı əvvəlki etiket çıxır. 

Azər Süleymanovun tələbə yoldaşı, Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi Oktay Həmidov vəzifəsindən sui-istifadə edərək Gəncə şəhərində onun adına açılmış VÖEN ilə iki baytarlıq aptekinə malikdir və dövlətin vəsaitinə alınmış preparatlar satdırır. 

Damazlıq heyvanlar xəstəlikdən qırılır

Azər Süleymanovun başı qara işlərə qarışdığı üçün Prezident İlham Əliyevin şəxsi nəzarətində olan büdcədən ayrılmış milyonlarla manat vəsait hesabına xaricdən alınmış Damazlıq heyvanlar xəstəliyə yoluxaraq tələf oldular. 

Mediadakı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “sağlam heyvan” kimi büdcədən ayrılan vəsait hesabına xaricdən gətirilən damazlıq heyvanların 40 başında balaatma ilə xarakterizə olan heyvan və insanlar üçün ümumi olan brusellyoz xəstəliyi aşkar edilmişdir. 
Bundan başqa Göygöl rayonunda 35 baş, Salyada 100 baş, Bərdədə 60 baş, Apşeron rayonunun Məhəmmədli kəndində 30 baş, həmçinin digər bölgələrdə 1000 başa qədər fərdi təsərrüfatda saxlanan damazlıq heyvanlar xəstəliklərdən tələf olmuşdu. 

Layihə icra olunmur

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun bu sahədə fəaliyyətsizliyi və reketliklə pul yığdırması nəticəsində baytarlıqda islahatların aparılması arxa plana keçib. 

Sabiq mütəxəssislərin iştirakı ilə hazırlanmış Avropa İttifaqının vəsaiti hesabına layihə dəyəri 2 mln. avro olan Tvinniq Layihəsi çərçivəsində “Dövlət Baytarlıq Xidmətində Kənd Təsərrüfatı Heyvanlarının İdentifikasiyası və Təsərrüfatların Qeydiyyatı Konsepsiyası”nı toz basaraq həyata keçirilmir. 
Bu da Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq istəyən ölkəmizə etimad göstərərək baytarlıq sahəsinə müxtəlif layihələr çərçivəsində vəsait yatıran beynəlxalq təşkilatlar qarşısında utancverici bir haldır.

Saxta müayinələr

Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında (BSEL) 2013-cü ildə də büdcə vəsaiti hesabına alınan milyonlarla dəyəri olan avdanlıq və cihazlar nəzarətsizlik üzündən quraşdırılmamış və toz-torpaq altında xarab olmaqdadır. 
Bu laboratoriyalarda heyvan mənşəli qida məhsullarının spesifik (fiziki-kimyəvi,bakterioloji) müayinələr aparılmadan məhsul sahiblərindən yalnız pul yığılır. 

Mətbu orqanlar isə yazır, yazır... 

Keçmiş nazir Heydər Əsədovun göstərişi ilə A. Süleymanovun qanunsuz fəaliyyəti barədə KİV-də zaman-zaman yer almış silsilə məqalələrə, bir sıra mütəxəssislərin və iş adamlarının onun özbaşınalığından, qanunsuz hərəkətləri barədə Kənd Təsərrüfatı Nazirliyinə göndərilən şikayət xarakterli müraciətlərə baxılmadı. 

PİA.az-da 10.11.2016-cı ildə “Azər Süleymanov bu millətin axrına çıxır” başlığı altında gedən məqalədə deyilir: “Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. 

Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. 

Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir”. 

Ona görə də respublikanın Qusar rayonu kəndlərində malqaraya dabaq əleyhinə vaksin vurulsada, peyvənd vasitəsi keyfiyyətsiz olduğundan 300 başa qədər, həmçinin Qax, Bərdə, və bir çox rayonlarda iribuynuzlu heyvanlar dabağa, Astarada isə yoluxucu Nodulyar dermatitə yoluxmuşdu. 
Bakı şəhərinin yaşayış massivlərində, Samux rayonunun Gürcüstanla sərhəd ərazisində insanlar qarayara xəstəliyinin dəri forması ilə xəstələnmişlər.

“Yeni Müsavat”-da gedən məqalədən: “bu qurumda heyvan xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasında qaranlıq məqamlar mövcuddur. 

Belə ki, rəsmi mətbuat “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satan 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçmiş və ünvanından başqa heç bir məlumat yer almayan “Networks Europe L.P.” şirkətdən 2016-cı ildə 6,5 milyon manatlıq vaksin almasına dair məlumat yayıb. 

Vaksinlə kənd təsərrüfatı texnikası arasında hansı əlaqənin olduğunu yəqin ki, aidiyyatı səlahiyyət sahibləri daha yaxşı izah edərlər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024