Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (30-01-2018, 22:11)
Bu dövlət qurumu ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Bu dövlət qurumu ilə bağlı Baş Prokurorluğa müraciət edildi

Hesablama Palatası dövlət büdcəsindən Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələrini açıqlayıb.

Mediatv.az-ın məlumatına görə, Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq  dövlət büdcəsindən 1 yanvar 2015-ci il tarixindən 1 oktyabr 2017-ci il tarixədək olan dövürdə  Respublika Gigiyena və Epidemologiya Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Respublika Gigiyena və Epidemologiya Mərkəzi üzrə mövcud ştatların 2015-ci ildə 24,4%-i və ya 99,5 vahidi, 2016-cı ildə 24,8%-i və ya 101,0 vahidi, 2017-ci ildə 23,7%-i və ya 96,5 vahidi vakant olub. Auditlə əhatə olunan dövrdə tarif dərəcələri düzgün müəyyənləşdirilməyib, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olub. Görülmüş işlərin hesab-fakturada düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsait ödənilib, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınması təmin edilməyib. Artıq ezamiyyə xərci ödənilib, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilib.

“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilib. Uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməyib, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb.

Hesablama Palatasının Kollegiyası Respublika Gigiyena və Epidemologiya Mərkəzi  tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Respublika Gigiyena və Epidemologiya Mərkəzinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə  göndərilib.

Eyni zamanda, nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Auditin nəticələri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024