Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-11-2017, 22:53)
İcra başçısından şikayət var

 

Mediatv.az-ın elektron poçtuna   Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil. Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən,şikayət məkrubu daxil olub.Şikayətçi  Azərbaycan Respublikası, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 noyabr 2017-ci il tarixli qanunsuz və ədalətsiz qərarından şikayət edərək yazır:Hörmətli cənab prezident.
Siyasi və iqtisadi kursunuzu hər an bəyənməklə, daima dəstəkləməyə hazırıq.
1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evim, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina, 02.06.2010-cu il tarixdə, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas, səbəb olmadan, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, tamah məqsədilə, Qusar RİHB-sı Şair Alxasovun şifahi tapşırığı əsasında, İH-iin 1-ci müavini Şahid Fərəməzov, Agrar məsələlər üzrə sabiq müavini Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayevin rəhbərliyi ilə ekskavatorla sökülərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdə, seyfdə saxladığım 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla, Azərbaycan Respublikası CM-nin 157.3, 177.3.2, 186.2.1, 308.1 və 309.1-ci maddılərdə nəzərdə tutulan cinayət tərkibli hərəkətə yol vermişdir.
      Qusar RİHB-dan kompensasiya tələb etdukdə isə, Şair Alxasov öz nüfuzundan istifadə edərək, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyevə qanunsuz tapşırıq verərək, əsassız sübutlar toplamaqla, barəmdə başqa yerə getməmək barədə qətimkan cəzası tətbiq edərək, məni Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirərək, əsassız ittiham elan edərək, cinayət işi yekunlaşdıraraq materialları Qusar rayon məhkəməsinə göndərmişdir.
      3 il ərzində Qusar rayon məhkəməsində yüzlərlə məhkəmə baxışı keçirildikdən sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli qərarı ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə qüvvəsində saxlanılmaqla, hüquq-mühafizə, məhkəmə organlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsasən, Nəsimi rayon məhkəməsinin mövcud qərarına əsasən, Maliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Dövlət büdcəsindən 1700 manat vəsait təzminat şəklində mənə ödənilmişdir. Təzminat aldıqdan sonra, Konstitusiya hüquqlarımı, Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmənin qərarı olmadan bütün əmlakımı qəsdən məhv etmiş vəzifəli şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Qusar rayon prokurorluğuna rəsmi ərizə ilə müraciət etmişəm.
8 il ərzində Qusar rayon prokurorluğun prosessual rəhbərliyi ilə, Qusar RPŞ-nin təhqiqatçıları Rafael Tağıyev, Vidadi Osmanov, Xəqani Dadaşov, Kənan Nəcəfov, müstəntiq Ömər Rzayev tərəfindən geyri obyektiv, ədalətsiz, hüquqlarımı təmin etməyən, məhkəmənin qərarı olmadan, bütün əmlakımı qəsdən məhv etməklə, cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət hərəkətləri müdafiə edilməklə, " cinayət işinin başlanmasının rədd edilməsi haqqında " qərarlar qəbul edilsədə, həmin qərarlar məhkəmə nəzarəti qaydasında tərəfimdən verilmiş şikayətlərimlə dəfələrlə , araşdırılması məqsədilə, təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokurorluğuna qaytarılmışdır.Axırıncı dəfə Qusar RPŞ-nin müstəntiqi əlavə araşdırma apararaq, təkrarən bütün əmlakımı qəsdən məhv etmiş vəzifəli şəxslərin cinayət tərkibli hərəkətlərini bilərəkdən müdafiə etməklə,  " cinayət işinin başlanmasının rədd edilməsi haqqında " 10 sentyabr 2017-ci il tarixli , Konstitusiya hüquqlarımı təmin etməyən, qeyri obyektiv və ədalətsiz qərar qəbul etmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Qusar rayon məhkəməsinə şikayət etsəm də, Qusar rayon məhkəməsi 06 noyabr tarixli qərarı ilə, Qusar RPŞ-nin müstəntiqi tərəfindən qəbul edilmış 10 sentyabr 2017-ci il tarixli qərarı qanuni hesab etməklə, haqlı, əsaslı və qanuni tələbimi təmin etməmişdir .
Hər iki qərarın ləğv edilməsi tələbi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilmiş, Quba rayon məhkəməsinin sabiq hakimi, hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsini hakimi, cənab Elman Əhmədovun sədrliyi ilə apellyasiya şikayətimə baxılmaqla, məhkəmənin 27 noyabr 2017-ci il tarixli qərarı ilə şikayətim təmin olunmayaraq, Qusar RPŞ-nin müstəntiqi tərəfindən qəbul edilmiş 10 sentyabr 2017-ci il, Qusar rayon məhkəməsinin 06 noyabr 2017- ci il tarixli qərarlarını qanuni hesab etməklə, haglı, əsaslı, qanuni tələblərim təmin edilməmişdir. Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov hüquq-mühafizə, məhkəmə organlarının işinə qanunsuz müdaxilə etməklə, haqlı, əsaslı və qanuni tələblərimin təmin edilməsinə maneçilik törətmişdir.
Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərinin araşdırılması, qanunla qorunan Konstitusiya hüquqlarımın bərpası məqsədilə, ailəmizə qarşı edilmiş qanunsuz, cinayət tərkibli hərəkət nəzarətə götürülməklə, əlavə olaraq araşdırılması,  təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

  Qarşı tərəfin cavab haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024