Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-10-2017, 11:21)
Aydın Əliyevlə bağlı yeni iddialar...

 Aydın Əliyevlə bağlı yeni iddialar...

 

Bir müddət əvvəl ölkə mediasında Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi sahədə mütləq hakimiyyət sahibinə çevrildiyi barədə məlumat getmişdi. Belə ki, son altı ay əvvələ qədər cənab Əliyev DGK-nə de-yure rəhbərlik etsə də, fakitiki olaraq mütləq səlahiyyət sahibi deyildi və Komitə sədrinin müvafiq qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri onun özü yox, müavinləri tərəfindən icra olunurdu. Ruslar demiş, Komitə sətri “postavnoy fiqur” di. Lakin bir müddət əvvəl mediada yayılan məlumatda bildirilirdi ki, təxminən altı ay öncə Aydın Quliyevi çağırıb deyiblər ki, DGK-nin sədri olaraq bütün səlahiyyətləri artıq faktiki olaraq da o icra edəcək.

Mətbuatın yazdığına görə Aydın Əliyev təqribən altı ay əvvəl Gömrük Komitəsində tam ixtiyar sahibinə çevrilib. Bu barədə AzFakt.com saytını məlumatlandıran mənbə bildirir ki, doğrudan da gömrük general-polkovniki saəlhiyyətlərini əlində cəmləyərək elə bil əvvəlki illərin acığını çıxırmış kimi bütün müavinlərini səlhiyyətlərdən məhrum edib və DGK-da külli ixtiyar sahibinə çevrilib. Bu azmış kimi Aydın Əliyev irimiqyaslı kadr dəyişikliklərinə başlayıb. Aşağıdan başladığı “kadr islahatları”nın əsas obyekti əsasən Komitədə çoxluq təşkil edən nehrəmlilər, ordubadlılar, sədərklilər və culfalılar olub. Əlinə dşən fürsəti dəyərləndirən Aydın Əliyev həmçinin Gömrük Komitəsinin daxili idarəçilik qaydalarında da ciddi dəyişiklik etmişdi. Əvvəlki illərdə olduğu kimi Komitə sədrinin müavinlərinin, gömrük idarələri və keçid məntəqələri rəisləri qəsdən pisikdirilməyə başlayıb ki, onlar iş yerlərini könüllü tərk etsinlər.

Qeyd edək ki, həmin vaxtlarda media Gömük Komitəsi sədrinin təyinatları, işdən adam çıxarmaları, yerdəyişmələri barədə xəbərlər tirajlamağa başlamışdı. Ölkə gömrüyünün şefi, cənab general-polkovnik mediada özünü reklam etdirməyi də unutmamışdı. Çox ziyarətçisi olan internet resursları ilə, xüsusən də rus dilli media ilə sıx əlaqə yaradaraq özünün reklamı barədə razılıq əldə edən A. Əliyev bu işlərə hər ay külli miqdarda vəsait xərclədiyi də bildirilir. Mənbə bildirir ki, Aydın Əliyev ölkənin tanımış rusdilli saytların birinin baş direktoruna sürücüsü vasitəsilə hər ay qaçaqmal qəniməti olan içkilərdən, siqaretlərdən, şirniyyat qutularından hədiyyə göndərirmiş.

Lakin Komitə sədrinin qanuni hakimiyyəti uzun sürməyib. AzFakt.com saytını məlumatlandıran mənbə bildirir ki, klanlararası mübarizədə müvəqqəti olaraq geri çəkilmiş tərəflərdən birinin yenidən əvvəlki mövqelərini bərpa etməsi Aydın Əliyevin altı aylıq mütləq hakimiyyətinə son verib.

Əgər diqqətli oxucu müşahidə edibsə, əvvəllər gömrük şefini reklam edən saytlar artıq gömrük orqanlarının peşəkarlığını əks etdirən xəbərlərə yer ayırmır. Hər ay Aydın Əliyevdən külli miqdarda vəsait və hədyyələr alan rusdilli xəbər saytının baş direktoru isə daha qabağa gedərək DGK sədrini gözdən salmağa fokuslanmış materiallar tirajlayır: misal üçün sahə üzrə ekspertlər Gömrük Komitəsinin əleyhinə danışdırılır, qurumun işindəki çatışmazlılar tənqid edilir.

Bu məlumatları bizə çatdıran qaynağımızın bilgisinə görə, Aydın Əliyevin altı aylıq mütləq hakimiyyəti dövründəki dönüklüyü onu bu vəzfəyə layiq görənlərin qəzəbinə səbəb olub. Əvvəlki mövqelərini tam bərpa edərək gömrük orqanlarında yenidən möhkəmlənən həmin şəxslər Aydın Əliyevi artıq bu qurumda görmək belə istəmirlər.

Mənbə bildirib ki, bu barədə onun özü də bilməmiş deyil. Etdiyi səhvlərə, çörəkverəninə qarşı çıxdığına görə “qələminin qırıldığını” yaxşı anlayan Aydın Əliyev məsələnin vəzifədən kənarlaşdırılmaqla bağlanması variantı ilə də razıdır, təki həbs olunmasın.

Mənbə qeyd edib ki, Aydın Quliyevin yerində qalıb əvvəlki kimi səlahiyyətsiz də olsa sədr vəzifəsini davam etdirməkdən isə, artıq söhbət belə gedə bilməz. Onu öz xeyirxahlarına arxa çevirməyə vadar edənlər isə indi onu müdafiəsiz qoyublar. Bir sözlə, Aydın Əliyev özü öz “qələmini qırmış” durumdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024