Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-05-2016, 10:45)
Baytarlıqdan gömrük generallığına qədər... - Adamın əcaib tərcümeyi-halı var...

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin müavinlərinin fəaliyyəti, eləcə də biznes sahələrinə yatırımlar etməsi barədə xəbərlər bir-birini əvəz etməkdədir. Qeyd edək ki, komitə sədrinin ən qalmaqallı müavinlərindən biri Nazim Məmmədovdur. Məlumat üçün demək istəyirik ki, Nazim Xeyrulla oğlu Məmmədov 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb.1973-cü-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin 28 dekabrından Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir, gömrük general-leytenantıdır. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, gömrük generalının tərcümeyi-halında ziqzaqlı manevrlər kifayət qədərdir. Belə ki, Nazim müəllimin tərcümeyi-halında hərbi xidmətdə olması və ali təhsili ilə bağlı heç bir məlumat qeyd olunmayıb. Yalnız mətbuatda yayılan məlumatlardan aydın olur ki, gömrük generalı 1999-cu ildə, yəni 48 yaşında diplom alıb. O diplomu necə və hansı yolla alıb hələ ki, açıqlamaq istəmirik. İddialara əsasən, Nazim Məmmədov diplomunu aldığı təhsil ocağının qapısını bir gün də olsun açmayıb. Məlumatda onun həmin ali məktəbə 4-cü kursdan qəbul edildiyi də bildirilir. Araşdırmalar nəticəsində öyrəndik ki, keçmişdə baytar işləyən Məmmədov sonradan yüksək vəzifəli şəxslərdən birinin sürücüsü olub. Məhz onun sayəsində Nazim Məmmədovun həm həyatı, həm də karyerası dəyişib. Qısa müddətdə karyera pilləsinin yüksək zirvəsinə qalxan bu şəxsin hazırda böyük imkanları mövcuddur. Etibarlı mənbələrin bildirdiyinə əsasən, 21 ildir ki, DGK-da çalışan general ötən müddət ərzində özünə nəhəng biznes imperiyası yaratmağa müvəffəq olub. Deyilənə görə, gömrük generalının paytaxtda bir neçə avtomobil salonu, restoranları, Astarada çay fabriki, Naxçıvanda otelləri və digər mülkləri var. Onun bütün bu varidatı vəzifə maaşı ilə əldə etməsi inandırıcı variant deyil. Görünür, Aydın Əliyevin müavini əlindəki səlahiyyətlərdən istifadə etməklə, eyni zamanda əyri yollara baş vurmaqla maliyyə durumunu yaxşılaşdırmağı bacarıb. Növbəti yazımız Nazim Məmmədovun baytar işlədiyi dövrlə bağlı olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024