Karusel / Slayd (17-10-2017, 12:05)
Keçmiş komitə sədrinin maliyyə faəliyyəti araşdırıla bilər
Mediatv.az DİA.AZ:a istinadən xpbpr verir ki - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuş və hazırda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri postunu tutan Elşad İsgəndərovun keçmiş fəaliyyəti araşdırıla bilər. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya verilib.
Xəbəri verən mənbə iddia edir ki, necə ki vəzifəsindən alındıqdan sonra İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin dövründəki maliyyə işləri dövlətin müvafiq qurumlarının araşdırma predmetinə çevrilib, eləcə də anoloji təhqiqat Elşad İsgəndərovun dövrü ilə bağlı da start götürə bilər.
Mənbənin dia.az-a söylədikləri: "Söhbət heç də kiçik pullardan getmir və iş böyüyərsə, Elşad İsgəndərovun adının hallandığı digər şübhəli maliyyə əməliyyatları də təhqiqata götürülə bilər".
Xatırladaq ki, Elşad İsgəndərovun hələ vəzifəsindən alındığı ilk günlərdə böyük maliyyə yeyintisinə yol verdiyi iddia olunurdu və hətta maraqlı siyahı da açıqlanmışdı.
Həmin ittihamlarda qeyd olunurdu ki, Elşad İsgəndərov rəhbər olduğu dönəmdə DQİDK-ə dövlət tərəfindən ayrılan 5 milyon manat sabiq sədr tərəfindən rəsmən mənimsənilib, Elşad İsgəndərovun yaxınlarına pay-pürüş edilib. Və iddia müəllifləri aşağıdakı faktları da sadalayırdı:
1. İlahiyyatçıları ələ almaq adı ilə onlara aldığı bahalı, təmirli mənzillər və bahalı avtomobillər bağışlanılıb;
2. İlahiyyatçılardan birinə Təzə bazarın yanındakı «navastroyka»da bahalı təmirli ev və bahalı BMW maşını;
3. Şeyx Allahşükür Paşazadə ilə əlaqəli ilahiyyatçıya da bahalı ev və «Mercedes» avtomobili;
4. Elşad İskəndərov özünə Novxanıda 800.000 manat villa, yeni model Prado;
5. Elçin Əsgərov 450.000 manat dəyərində şəhərin mənzərəli yerində mənzil və son model Prado;
6. Özü tərəfindən idarə edilən "TOLERANTLIQ” mərkəzinə 300.000 manat pul ayrılıb;
7. Elşad İskənədrovun dostu Elçin Əsgərovun adamları kimi tanınan və Komitəyə işə düzəldilən 3 nəfərə (adlarını məlumdur), hər birinə yardım kimi 30.000 manat...
İndi isə dia.az-a daxil olan məlumatlardan aydın olur ki, axır bu faktlar gərəkən dövlət qurumlarının da diqqətini cəlb edib, araşdırmalar başlayır.