Sosial / Slayd (15-09-2015, 10:20)
Nazir müavini ilə rektorun 25 milyonluq "əməliyyatı"
Təhsil nazirinin müavini Ceyhun Bayramovla İqtisad Universitetinin rektoru Ədalət Muradovun korrupsiya əməliyyatı barədə İstiqlal.az-a ilginc məlumat daxil olub.
Məlumata görə, nazir müavini ilə rektor İqtisad Universitetində ödənişli təhsildən əldə edilən vəsaiti qaranlıq məqsədlərə sərf ediblər. Məbləğ isə heç də kiçik deyil: 25 milyon manat. Bu vəsaitin hara sərf edildiyi bəlli deyil. Bəlli olan odur ki, 25 milyon manat vəsait yoxdur. Doğrudur, vəsaitin "əridilməsi" ilə bağlı aktlar, sənədlər tərtib edilib. Amma kiçicik araşdırma bəs edir ki, həmin sənədlərin saxta olduğu üzə çıxsın. Məlumatda deyilir ki, vəsaitin "əridilməsi"ni qanuniləşdirən Ceyhun Bayramovun Maliyyə Nazirliyində mühüm postlardan birini tutan qardaşı Azər Bayramovdur. Məhz Azər Bayramovun yardımı nəticəsində bu pulun guya təyinatı üzrə xərcləndiyi barədə sənədlər hazırlanıb.
Məlumat üçün deyək ki, Azər Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qaynıdır. Elşad İsgəndərov "nurçu qalmaqalı"na görə tutduğu vəzifədən azad edilib. Bəzi iddialara görə, Azər Bayramovla qardaşı Ceyhun Bayramov da Azərbaycandakı "gülənçi şəbəkə" ilə əlaqəlidir. Onların karyerasında bu faktorun mühüm rol oynadığı bildirilir.
Hətta deyilir ki, Elşad İsgəndərov işdən çıxarılandan sonra Azər Bayramovun da tutduğu vəzifədən azad ediləcəyi gözlənilirmiş. Hər halda Maliyyə Nazirliyindəki mənbələ belə deyir. Onların sözlərinə görə, Azər Bayramova yır-yığış etmək üçün təlimat verilibmiş. Lakin sonradan naməlum səbəblərdən o, vəzifəsində qalıb.
Mənbəmiz bunu hakimiyyət daxilindəki "gülən şəbəkəsi"nin "əməyi" hesab edir. "Gülənçilər" Elşad İsgəndərovu qurban versələr də, Maliyyə Nazirliyi kimi mühüm qurumda önəmli post tutan Azər Bayramovun "vurulması"nın qarşısını ala biliblər.
Bildirilir ki, Ceyhun Bayramovun nazir müavini vəzifəsinə gətirilməsində "gülənçilər"in rolu böyük olub. Məqsəd təhsilə ayrılan pullara nəzarət etmək olub. Artıq məlumatlardan görünür ki, Ceyhun Bayramov işinin öhdəsindən "layiqincə" gəlir. Yəni, təhsilə ayrılan pullar naməlum məqsədlərə sərf edilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024