Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-09-2017, 09:04)
"Oğurlanan milyonlar":11 bankın əmlakı necə talanıb?

"Oğurlanan milyonlar":11 bankın əmlakı  necə talanıb?

 

Mediatvv.az:Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov haqqında Moderator.az-a ilginc məktub daxil olub. Məktubda çoxsaylı ittihamlar yer alıb. Biz həmin məktubu təqdim edirik, ancaq ittiham olunan qarşı tərəfin də fikirlərini olduğu kimi verməyə hazır olduğumuzu bildiririk.
Adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui - istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edir:
 "Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş  icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan və birbaşa Azad Cavadova məxsus olmaqla qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmlərinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.
Fınex lizinq (bokt) Şirkətinin icraçı rəhbəri Azad Cavadovun İsgəndər adlı bacısı oğludur. 
İsgəndər və şirkətdə sözü keçən Azad Cavadovun qaynı Ramiz, DTX - nın və Prezident Aparatının Bank sektoruna nəzarət edən şöbələrinin əməkdaşıları ilə birləşərək bank əməliyyatlarından sui - istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə ediblər. 
 Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın  komandasinda yer alan  Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri  hesab edərək talayıblar. Öz yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş Banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər.
Belə ki, Azad Cavadov "Bank Standard"a məxsus olan dəyərı 200 000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165  olan 2016 - cı il buraxılışlı son model  "Merceses S class" markalı avtomobıli oz qapısında  gizlədərək mənimsəyib və  eyni zamanda  "Bank Standard"a məxsus olan dəyərı 150000 manat olan "Lexsus 570 LX" markali avtomobıli ova getmək məqsədi ilə  özunə məxsus Goradildəki bagında saxlayır.
Azad Cavadov muflis olmus banka məxsus olan son model Mersedes E klass markalı dövlət nömrə nişanı 99 AF 310 olan avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək mənimsəyib və banka heç bir vəsait ödəmədən oz əmlakı kimi bacısının ərinə bagışlayıb.
Azad Cavadov işlədiyi müddətdə müflis olaraq baglanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafaqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri - insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət  alaraq sıgortasız ödənişlər verib. Bu işlərdə  məsələlərın hüquqi tərəfini həll etməyi isə Ramil Tahirova həvalə edib.
 Biz bank sektorunda çalışan insanlar görulən bütün bu işlərdə Azad Cavadovun öz tələbəsi olmuş Rüfət Aslanlının əlinin oldugundan əminik. Çünki hər həftənın 5-ci və 6 -cı günləri, hətta təxirə salınmaz görüşə ehtiyac olduğu zaman həftə içində belə, iş vaxtından sonra yenə gecə saatlarında Azad Cavadova məxsus Goradildəki bag evində xüsusı görüşlər təyin olunur və orada talama əməliyyatının detalları dar çərçivədə müzakirə edilirdi.
Xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl Azad Cavadovun qardaşı Süleyman Cavadov Rusiyanın paytaxtı  Moskva şəhərində müəmallı şəkildə qətlə yetirildi. Bu qətlin arxasında Azad Cavadovun qanunsuz əməllərinin dayandığını güman etmək olar. Qardaşının qətlindən sonra Azad Cavadov qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomrəli "Hundai Qrandeur" markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir. 
Azad Cavadov isə iz itirmək üçün çox vaxt 90-AH-266 nömrəli Toyota markali avtomobillə gəzir. 
Bundan əlavə Azad Cavadovun  mülkiyətində Mərdəkan qəsəbəsində Şüvəlanda bir neçə dəbdəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.
Bundan əlavə Azad Cavadov qanunsuz korrupsiya yolu ilə əldə etmiş oldugu 100 miliyonlarla dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı bank hesablarını öz qohumlarının və etibar etdiyi dostlarının adına rəsmiləşdirə bilib.
Azad Cavadov daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən Beynəlxalq Bankin sabiq sədri olmuş Cahangir  Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir. Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranların birində təntənəli qonaqlıq verib. 
Ləgv prosesində olan 11 bankın sıgortalı əmanətləri bitmədiyi halda sıgortasız 1 milyard AZN -ə  yaxın əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdir.
Yaxın günlərdə Azad Cavadov və onun butun qohum- əqrabasının adına gizlin rəsmləşdirilən villaların, topraq sahələrinin və şirkətlərin siyahısını və sənədlərini  təqdim edəcəyik".
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024