Karusel / Slayd (29-08-2017, 12:52)
“Azərsu” şefinin qardaşı və səfirin qudası: Qorxmaz Hüseynovla Eldar Həsənovu nə birləşdirir?
Doğurdanmı “Azərsu” ASC-nin prezidenti ilə Azərbaycanının Balkan ölkələrindəki səfirini ancaq biznes maraqları bir araya gətirib?
Eldar Həsənovun Şərqi Avropa bazarında və Abbas Abbasovun da Rusiya bazarında lojistik dəstək verdikləri alkollu içkilər biznesinə “Azərsu” prezidenti Qorxmaz Hüseynov külli-miqdarda yatırım yatırıb. Bu yatırım isə “Azərsu” ASC-yə ayrılan beynəlxalq kreditlərdən və büdcə pullarından oğurlanmış vəsait olduğu iddia olunur.
“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun əlaqələrindən istifadə edərək “SOCAR” rəhbərliyinə gətirilməsi ilə bağlı xəbər yayılmışıdı. Həmin xəbərdə iddia edilirdi ki, “Qorxmaz Hüseynov bir müddətdir ki, azərbaycanlı milyarder, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimov, Baş nazirin sabiq müavini və son illər Kremlin Azərbaycana qarşı bütün layihlərində yer alan Abbas Abbasov və Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovla sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq hələlik Azərbaycan prezidentinə xəyanət səviyyəsində olmasa da, Qorxmaz Hüseynovun əsas hədəfi Rusiyadan alacağı dəstəklə 2018-ci il prezident seçkiləri ərəfəsində SOCAR-ın rəhbərliyini ələ keçirməkdir”.
Məqalədə daha sonra qeyd edilirdi ki, Qorxmaz Hüseynovun birbaşa şefi olan SOCAR prezidenti Rövnəq Abdullayevlə son illər münasibətləri həddindən artıq kəskindir. Hələ Eldar Həsənov Rumıniyada səfir olarkən bu ölkənin də SOCAR-a qarşı kampaniya aparmasını hər kəs xatırlayır. Məhz bu kampaniya onun Rumıniyadan çıxarılması ilə nəticələnib. Məqlədə o da qeyd olunurdu ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə bağlı bir çox ciddi kompromatlar məhz Eldar Həsənovun səyləri nəticəsində mətbuatda işıqlanıb və hazırda səfir SOCAR prezidentinə qarşı bu fəaliyyətini davam etdirməkdədir. Bu kampaniyalarda isə Qorxmaz Hüseynovun iştirak etdiyi qeyd olunur. Sayt Qorxmaz Hüseynovla Eldar Həsənovun yaxın dostluq əlaqələrinə toxunaraq onların Türkiyədə şərikli zavod sahibi olduqlarını və bir çox ölkələrdə, o cümlədə Rusiya və Azərbaycanda şərikli bizneslərinin olduğunu qeyd edir.
Məsələ ilə bağlı “Azərsu” ASC – də baş verənlərdən məlumatlı olan şəxsin verdiyi məlumata görə, “Azərsu” prezidentinin qardaşı Məhəmməd Hüseynovla keçmiş baş prokuror, hazırda ölkəmizi Balkan ölkələrində təmsil etməsinə baxmayaraq adı davamlı olaraq korrupsiya və paralel olaraq siyasi qalmaqallarda hallanan Eldar Həsənovun qudası Rabil Hüseynovun Türkiyədə şərikli spirt zavodu fəaliyyət göstərir. Bu spirt zavodu MDB məkanına əsasəndə Rusiyaya və şərqi Avropa ölkələrinə içki məhsullarının satışı ilə məşğuldur. Verilən məlumata görə Hüseynovların spirt biznesinə lojistik dəstəyi keçmiş baş prokuror Eldar Həsənov verir.
Həmçinin Rusiyada bu biznesin inkşaf etdirilməsində müstəsna kömək göstərən şəxsin baş nazirin keçmiş müavini, hazırda adı Azərbaycan hakimiyyətini n qara siyahısında olan və bir zamanlar hakim partiya YAP-nın aparıcı şəxsləri tərəfindən Azərbaycana qarşı xəyanətdə ittiham olunan və Rusiya oliqarxlarına yaxınlığı ilə tanınan Abbas Abbasov olduğu iddia olunur.
İnformasiya mənbəmiz qeyd edir ki, Eldar Həsənovun Şərqi Avropa bazarında və Abbas Abbasovun da Rusiya bazarında lojistik dəstək verdikləri alkollu içkilər biznesinə “Azərsu” prezidenti Qorxmaz Hüseynov külli-miqdarda yatırım yatırıb. Bu yatırım isə “Azərsu” ASC-yə ayrılan beynəlxalq kreditlərdən və büdcə pullarından oğurlanmış vəsait olduğu iddia olunur. “Azərsu” ASC-dəki mənbə bildirir ki, şirkətdə normal yoxlamalar aparılarsa, həyata keçirilən layihələrdən müdhiş korrupsiya faktlarının ortaya çıxması qaçınılmazdır. Lakin Qorxmaz Hüseynovun hələ ki, belə bir qorxusu yoxdur. Çünki onun biznesinə lojistik dəstək verənlər, dolayısı ilə bu məsələdə də dəstək verirlər.(AzFakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…