Cəmiyyət / Slayd (30-04-2014, 21:44)
Qorxmaz Hüseynovun məsləhətləşmə əməliyyatı; – 1,7 MİLYON MANAT SİLİNİB
“Azərsu” ASC ölkənin rayonlarında su və kanalİzasiya lahiyyəsinin həyata keçirilməsi üçün bir çox şirkətlərlə müqavilə bağlaması və bu şirkətlərin əslində Qorxmaz Hüseynova bağlı olması haqda məlumat vermişdik. Həmin məlumatımızda qeyd etmişdik ki, hal-hazırda Beyləqan və İmişli rayonlarında su kanalizasiya lahiyyəsini həyat keçirən “T.T.Ş İnşaat” “Azərsu” ASC nin rəhbərinə məxsusdur. Belə ki, adı çəkilən şirkətin rəhbəri Xəyal Aslanzadə Qorxmaz Hüseynovun ən yaxın adamlarından biridir. Bu şirkətin həyata keçirdiyi lahiyyələrdə ciddi şəkildə maliyyə maxinasiyalarının olduğunu və bu yeyintilərin birbaşa Qorxmaz Hüseynovun nəzarəti altında həyata keçirildiyini bildirmişdik. Gunxeber.com-a “Azərsu” ASC-nin su və kanalizasiya lahiyyəsi ilə bağlı yeni məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Qormaz Hüseynov 6 rayonda su və kanalizasiya lahiyyələrinin həyata keçirilməsinə görə məsləhət xidmətindən istifadə üçün “Nexia- EA” şirkətinə 1,7 milyon manat vəsait keçirib. Qeyd etdiyimiz vəsait sadəcə məsləhət xidmətlərinin satın alınması adı altında sənədləşdirilib və bu məsləhətin nədən ibarət olması və nə kimi məsləhətlər verməsi isə qaranlıq qalır. Adı çəkilən şirkətin rəsmi saytına daxil oldub bəzi məlumatlar əldə etdiik. Belə ki, Nexia İnternational 1971 ci ildə 2 şirkət-Oppenheim Appel Associates ( ABŞ) və Spicer Pegler (İngiltərə) şirkətləri tərəfindən yaradılıb və əsas işləri dünya üzrə sərbəst mühasibatlıq, eyni zamanda peşəkar məsləhətlərin verilməsindən ibarətdir. Hazırda Beyləqan və İmişli rayonlarınada su, kanalizasiya lahiyyəsini həyata keçirən T.T.Ş İnşaat şirkətinin məsləhət xidmətini məhz Nexia EA şirkətinin törəməsi EA Consultinq MMC həyata keçirir.Bu məsələ ilə bağlı bizi bilgiləndirən mənbə idda edir ki, Qorxmaz Hüseynov məsləhət almaq üçün adı çəkilən şirkətlə müqavilə bağlayıb. Ancaq müqavilədə göstərilən 1,7 milyon manat vəsaitin hamısı Nexia Ea şirkətinə yox, böyük bir hissəsi onun törəməsi EA Consultinq MMC yə köçürülüb. Hazırda adını çəkdiyimiz törəmə şirkətin rəhbərliyində hansısa xarici vətəndaşın təmsil olunmasına baxmayaraq, əslində bu törəmə şirkətin ortaqları Qorxmaz Hüseynova yaxın olan şəxslərdir. Konkret hansı məsləhətlərin verildiyi isə Qorxmaz Hüseynov və ətrafından başqa heç kəsə bəlli deyil. Məsələn T.T.Ş İnşaat MMC-nin işlərini həyata keçirən mühəndislərlə söhbətdən məlum olub ki, onların heç birinə heç kəs hansısa bir məsləhət verməyib, yaxud treninq keçməyib. Yəni mühəndislər həftədə bir dəfə T.T.Ş İnşaatın rəhbərliyindən gələn şəxslərdən aldıqları şifahi tapşırıqlar əsasında işləyirlər.
Onu da qeyd edək ki, T.T.Ş İnşaatın Beyləqan və İmişli rayonlarında həyata keçirdiyi lahiyyələrində işləyən mühəndislərin yarısından çoxu orta təhsillidir. Qorxmaz Hüseynovun məsləhət xidmətini satın alınmasına gəldikdə isə mənbə bildirdi ki, “Azərsu” rəhbəri beynəlxalq şirkətin burada törəməsini yaradaraq müqavilənin dəyərini bir neçə dəfə şişirdərək dövlətin vəsaitini mənimsəyib. Yəni şirkətin ölkəmizdəki rəhbərləri ilə yaradılan isti münasibətlər nəticəsində ayrılan vəsaitin yarısından çoxu “Azərsu” rəhbərinə çatıb.
Mənbə bu qurumdakı başqa korrupsiya faktlarını da təqdim edəcəyini bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.