Karusel / Slayd (14-08-2017, 13:49)
İcra başçısının ilginc macəraları:kabinet arxasındakı gizli otaqdan YAP qalmaqalınadək…
Mediatv.az: Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Mütəmadi olaraq, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunur. Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə Rayon İcra Hakimiyyəti nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Mediada yer alan və təkzib olunmayan məlumatlar əsasında cumhuriyyet.net olaraq Vidadi İsayevin Bərdədə reallaşdırdığı sərgüzəştləri ümumiləşdirmək qərarına gəldik.
İcra başçısının kabinetində saçyoldudu
Bir neçə ay bundan öncə Vidadi İsayevin kabinetində əməlli-başlı saçyoldu davası baş verib. Bu davanın iştirakçılarından biri Fəqət Şadlinskya, digəri isə icra hakimiyyətində şöbə müdiri postunda çalışan Zaur Bəylərovun qaynansının olduğu bildirilir. Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısının xanım müavini şöbə müdirinin qaynanasını başçının otağından sürüyərək çıxartmaq istəyib. Lakin səs-küyün böyüdüyünü görən Vidadi İsayev Zaur Bəylərovun qaynanasını Fəqət xanımın əlindən zorla almağa müəssər olub.
“Ştatdankənar katibə”nin artan nüfuzu
Bundan başqa cumhuriyyet.net olaraq bu günədək mediada yer alan məlumatlar əsasında bildirək ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin “ştatdankənar” katibəsi işləyir. Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və “ştatdankənar” xanım katibə burada icra başçısı üçün yemək-içmək məclisi düzəldir. Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında manitor quraşdırıb. İcra başçısının kabinetində baş verən davanın da məhz “ştatdankənar” katibənin Vidadi İsayevin yanında nüfuzunun artmasından qaynaqlandığı iddia edilir.
“Sehirli disk” və gizli otaq
Onu da bildirək ki, sonrakı proseslər F.Şadlinskayanın üstünlüyü ilə gedib. Belə ki, icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavin postları ixtisar edilərkən xanım məmurun vəzifəsinə təhlükə yranıb. Amma deyilənə görə hansısa sehirli disk və ya video çəkiliş bu problemi həll edib. Bundan sonra Fəqət Şadlinskayanın icra başçısı ilə yaxınlığı Zaur Bəylərovun bir neçə gəlirli sahəni itirməsi ilə nəticələnib ki, bu da tərəflərin “müharibə” elan etməsinə səbəb olub. Ümumiyyətlə Bərdə rayon icra başçısı Vidadi İsyevin kabinetinin yanında ştatdankəran katibəsi üçün hansı səbəbə, marağa görə otaq tikdirməsi ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır.
Baş memar niyə və kimlə əvəzləndi?
Bir müddət öncə, may ayında Bərdə rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Rəşid Salman oğlu Süleymanov tutduğu vəzifədən azad olunub. İcra başçısı Vidadi İsayevin sərəncamı ilə həmin vəzifəyə Toğrul Fəxrəddin oğlu Şadlinski təyin edilib. T.Şadlinski bu vəzifəyə qədər Memarlıq və Tikinti şöbəsində aparıcı-məsləhətçi vəzifəsində calşıb. Bu kadr islahatı ilə bağlı rayondakı mənbələrdən cumhuriyyet.net-ə daxil olan məlumata görə R.Süleymanovun vəzifədən getməsinə səbəb onun bir məclisdə rayonun digər məmuru ilə mübahisəsi olub. Həmin məmura icra başçısı ilə yaxınlığa ehyam vuran atmaca söyləməsi mübahisə yaradıb, daha sonra bu atmaca V.İsayevə çatdırılıb o isə dərhal baş memarı vəzifəsindən azad edib.
Hakim partiyaya qarşı təxribat: YAP rəhbərliyindən icra başçısına tənbeh
Bərdə rayonundan cumhuriyyet.net-ə daxil olan digər bir məlumata görə, icra başçısı “yuxarılar”ın nəzarətindən kənar müəyyən siyasi islahatlar aparmağa qərar verib. Mənbənin məlumatına görə, V.İsayev Yeni Azərbaycan Partiyasının rayon təşkilatında bəzi addımlar atmağa qalxıb: “İcra başçısı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskayaya qarşı kampaniyaya başlayaraq ilk olaraq onu YAP Bərdə rayon təşkilatının sədrliyindən kənarlaşdırmaq istəyib. Bundan öncədən xəbər tutan xanım məmur əks həmləyə keçib”. Mənbənin bildirdiyinə görə, F.Şadlinskaya icra başçısının planlarını alt-üst etmək üçün şəxsi kanallarını işə salıb: “O problemlə bağlı Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini general-mayor Ceyhun Şadlinskinin atası tanınmış tibb alimi Vaqif Şadlinskiyə müraciət edib. Bu müraciətsə cavabsız qalmayıb. YAP icra katibi Əli Əhmədovun Vidadi İsayevə qəzəbli zəngi məlum prosesi başlamamış başa çatdırıb” Maraqlıdır ki, bu Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin YAP rəhbərliyindən aldığı ilk tənbeh deyil. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, V.İsayev rayona icra başçısı təyin olunan kimi ilk işlərindən biri sabiq icra başçısı İlham Ağayevi Bərdə rayon təşkilatının İdarə Heyətindən kənarlaşdırmaq olub. Bu zaman isə YAP rəhbərliyində təmsil olunan millət vəkili Siyavuş Novruzov icra başçısına bərk qəzəblənib və 300 min manata, şəxsi vəsaiti ilə rayonda YAP-a qərərgah tikdirən şəxsə qarşı bu addımı pisləyib. Amma rayonun əvvəlki kuratoru Taryel Ayayevin nüfuzundan olan qorxu V.İsayevi bu addımdan daşındırmadı. Bərdə rayon rəhbərliyi ilə bağlı ilginc məlumatlar bununla yekunlaşmır. Mənbənin verdiyi məlumatlarda digər olaylardan da bəhs olunur:
– Goranboyun Ağcakənd kəndindəki boş qalan bahalı villa və bu villa üçün Bərdədən daşınan materiallar;
– Ağcakənddəki villanın maliyyəçi qonşusu və müəmmalı görüşlər;
– İcra başçısının otağında çəkilən gizli çəkiliş;
– İsayevin qalmaqallı qonaqlığı;
– Rayon mədəniyyət idarəsinin “yükü” və İlyas Hacıyevin narazılığı;
– Yevlax və Tərtər kolleqaları ilə məclislər…
Bütün bunlar haqda daha ətraflı növbəti yazımızda….
Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.