Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-08-2017, 16:23)
Nazirin qardaşının şərikinə 9 il həbs cəzası istənilib

Nazirin qardaşının şərikinə 9 il həbs cəzası istənilib


Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib.

O çıxışında bildirib ki, müvəkkilinin günahı yoxdur: “Ona qarşı irəli sürülmüş ittiham əsassızdır”.

Vəkil qeyd edib ki, müdafiə çıxışına hazır deyil.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
15 11 2025
14 11 2025
14 11 2025
14 11 2025