Karusel / Slayd (17-07-2017, 14:35)
"Rüşvət verənlər alanlardan çoxdur” - Baş prokurorun müavini
“Ölkədə rüşvət vermə cinayətləri rüşvət alma cinayətlərindən çoxdur”.
Mediatv.az: APA-nın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. K. Əliyev qeyd edib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.
Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlərlə bağlı aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 12 vəzifəli şəxs xəbərdarlıq, 5 vəzifəli şəxs töhmət alıb, 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib: “On nəfər isə vəzifəsindən azad edilib. Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 1 təqdimat göndərilib”.