Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-11-2016, 21:15)
Əfqanıstan müharibəsi əlillərinin müraciəti

 

    Əfqanıstan  müharibəsi əlillərinin müraciəti                                                               

                                                               Əfqanıstan  müharibəsiəlilləri

                                                               və  veteranları  tərəfindən ölkə rəhbərinə redaksiyamız vasitəsi ilə müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik .Azərbaycan Respublikası  Əfqanıstan Veteranları İctimai Birliyinin sədri  Məhəmməd Vəliyev “Torpaq satma”“Dövlət vəsaitini mənimcəmə”maddələri ilə Azərbaycan Respublikası Prokurorluğunda barəsində cinayət işi açılmış və sonradan müammalı şəkildə dayandırılmışdır.Məhəmməd Vəliyev “Şöhrət” ordenialmaq istəsə də ala bilməmiş lakin  sonradan  “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hansı əməllərinə görə? 11 ildir konfrans keçirmədiyinə görəmi, əfqan veteranlarına ayrılmış torpaq sahələrinin qanunsuz yolla satmasına görəmi  və yaxud  D.Əliyeva 251 ünvanında olan Azərbaycan Respublikası  Əfqanıstan Veteranları İctimai Birliyinin mərkəzi ofisini qanunsuz yollarla satdığına görəmi ?

 Möhtərəm cənab Prezident !

Məlumat üçünbildirmək istəyirik ki, Məhəmməd Vəliyevin  cinayət əməllərini ört- basdır edən kimlərdir; 30 oktyabr 2008- ci ildə  Məhəmməd Vəliyevə qarşı Azərbaycan Respublikası Baş Prokurorunun I müavini,  II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən istintaq idarəsində toplanmış 03-2683 nömrəli materiallar nəzərdən keçrilmiş və  göstərilənlərə əsasən  Azərbaycan Respublikası CPM-nin 84.1.2, 210.2.3 və 215.3.1 maddələrini rəhbər tutaraq qərara alınıb:

1. Azərbaycan Respublikası  Əfqanıstan Veteranları İctimai Birliyinin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası CM-nin 308.1- ci maddəsi ilə cinayət işi başlanılsın.

2.Cinayət işinin ibtidai istintaqı Bakı şəhəri Nəsimi rayon prokurorluğuna tapşırılsın.

 Nəzərinizə çatdırmaq  istəyirik ki, 13 avqust 2005- ci ildə Məhəmməd Vəliyev və onun ətrafına yığılmış (onların çoxu əfqan veteranı deyidir) 20-25 nəfər bir avtobus adamla konfrans keçirməyə gedərkən  Əfqanıstan Veteranları İctimai Birliyinin Nərimanov filialının sədri Arif  Əsgərov   Cavan Əhmədov tərəfindən zorla avtobusdan düşürülmüşdür. Sonra gedib bəlli olmayan yerdə konfrans keçirərək Azərbaycan Respublikası  Əfqanıstan Veteranlar İctimai Birliyinin nizamnaməcinin  kobut surətdə pozaraq,  qanunsuz yolla Məhəmməd Vəliyevi birliyin sədri vəzifəsinə gətirmişdilər. Onu da nəzərinizə çatdırırıq ki, Birliyin nizamnaməsinə əsasən konfransın keçrilməsinə  2 həftə qalmış birliyin bütün üzvləri məlumatlandırılmalı və birliyin bütün filallarından konfransda iştrak etmək üçün nümayəndə heyyəti göndərilməl idi.

Əfqanıstan müharibəsiveteranı olmayan Məhəmməd Vəliyev və onun cinayət ortağı Cavan Əhmədovun cinayət əməlləri nəticəsində 10 min Əfqan döyüşçülərinin hüquqlarını kobud şəkildə və bilərəkdən  pozmuşdular.

Məhəmməd Vəliyev rəhbərlik etdiyi Əfqanıstan müharibəsiveteranları, əlilləri və şəhid ailələrinin mənzil şəraiti ilə maraqlanmamış və onların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün heç bir iş görməmişdir. Məhəmməd Vəliyev və onun cinayət ortaqları dövlət tərəfindən Əfqanıstan müharibəsiveteranlarına, əlillərinə və şəhid ailələrinə təmənnasız olaraq paylanılması üçün ayrılmış torpaq sahələrinin təinatını dəyişərək  qohumlarına, tanışlarına və istədikləri digər şəxslərə sataraq veteranların   hüquqlarını pozmuşdurlar. Məhəmməd Vəliyev ictimai birliyin  üzvülərinin problemləri ilə məşğul olmaq əvəzinə, bütün gücünü  öz kommersiya maraqlarına istiqamətləndirib və ayrı-ayrı məmurlarla, işbazlarla iş görür. Məhəmməd Vəliyev 11 ildir dövlət tərəfindən əfqan veteranlarına ayrılmış yardımları mənimsəyir və əldə olunan gəlirləri öz şəxsi mənafeylərinə xərcləmişdir. Məsələn 25 oktyabr 2005- ci ildə Bakı şəhərində keçrilmiş növbəti iclasının və bununla bağlı digər tədbirlərin xərclərinin ödənilməsi üçün ictimai birliyə ehtiyyat fondundan 73 min manat ayrılmışdır. Həmin  pulları də ictimai birliyin sədri  Məhəmməd Vəliyev özünəməxsus şəkildə (qeyri-qanuni yolla) oğurlayaraq mənimsəmişdir.

 Məhəmməd Vəliyev Suraxanı rayon ərazisində ayrılmış 10,35 hektar torpaq sahəsi Əfqanıstan müharibəsiveteranlarına, əlillərinə və şəhid ailələrinə pulsuz paylamaq  əvəzinə torpağın  hər sotuna  1000-2500  manat rüşvət almaqla veteranlara  satmışdır. Bundan əlavə həmin torpaq sahələrini qeyri-qanuni yolla hərraca çıxararaq əlavə olaraq  torpaqın  hər sotuna 420 manat Hövsan bələdiyyəsinə ödənilməsini tələb etmişdir. Əfqan veteranı olmayan kənar şəxslərə isə torpağın  hər sotuna  3500-8000  manat civarında  rüşvət almaqla satmışdır. Fakt üçün  bildirmək istəyirik ki, həmin torpaq sahələrini Bakı şəhərinə qeydiyyatı olmayan Əfqanıstan müharibəsiveteranlarının adlarına sənədləşdirərək Məhəmməd Vəliyevin oğlu Araz, bibisi oğlu Vüqar Hüseynov, Cavan Əhmədov və Əbülfət Hüseynov saxta yollarla  veteran olmayan şəxslərdən pul alaraq onların adlarına cənədləşdirmişlər.

Hal-hazırda çoxsaylı şikayətlərimizdən 10 ay keçməsinə baxmayaraq Məhəmməd Vəliyev və onun dəstəsinə  hansısa  məmur himayədarlıq edir, Məhəmməd Vəliyev  və onun dəstəsinə  cinayət işi açılması üçün hüquq- mühafizə orqanlarina imkan vermirlər.

 Möhtərəm cənab Prezident !

11 ildir ki, Məhəmməd Vəliyev Əfqanıstan müharibəsiveteranları, əlilləri və şəhid ailələrinin hüquqlarını pozaraq dövlət tərəfindən ayrılmış pulları, yardımları və birliyin D.Əliyeva 251 ünvanında olan mərkəzi ofisini qanunsuz yollarla sataraq öz cinayətlərinə yeni rəvac vermişdir. 2005-ci ildən Azərbaycan Respublikası  Əfqanıstan Veteranlar İctimai Birliyinin  sədri seçilən Məhəmməd Vəliyev 11 il ərzində bir dəfədə olsun birliyin konfransını keçirməyərək birliyin nizamnaməsini kobud surətdə pozmuşdur.

 Məlumat üçün onu da bildirmək istəyirik ki, 03 iyun 2013-cü ildə veteranlar adından prezident seçkiləri ərəfəsində  Rusiya prezidentinə müraciət edən  Məhəmməd Vəliyevin axrıncı fırıldağı nə imiş: Bütün veteranların məsələləri həll olunmazsa, biz veteranlar Azərbaycan Respublikası vətəndaşlığından imtina edəcəyik”.

Niyə indiyə qədər məmurlar tərəfindən Məhəmməd Vəliyevin cinayət əməllərinə hüquqi qiymət verilmir?

   Möhtərəm cənab Prezident !

  Əfqanıstan müharibəsiveteranları və əlilləri son illər respublikada olan korrupsiyanın qarşısını almaq məqsədi ilə Sizin  atdığınız addımları ürəkdən bəyənir və dəstəkləyirik. ”Korrupsiyaya cəza tədbirləri tətbiq oiunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən Prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər”.

 Son illər Sizin tərəfinizdən  vətəndaşlarla və güzəştli- imtiyazlı şəxslərlə bağlı imzaladığınız çoxsaylı fərman və sərəncamlar var. Buna görə də, Əfqanıstan  veteranları Sizə çox  dərin  təşəkkürünü bildirir və yürütdüyünüz  ugurlu daxili və xarici siyasəti dəstəkləyirlər.

10 aydan coxdur ki, istintaqın gecikməyinə və bizim çoxsaylı şikayətimizə baxmayaraq cinayətkar Məhəmməd Vəliyevə, Cavan Əhmədova və Əbülfət Hüseynova,  hüquq mühafizə orqanları tərəfindən himayədarlıq edərək onların cinayət əməllərini ört-basdir edirlər.  

 Biz Əfqanıstan müharibəsi veteranları və əlilləri də  daima öz üzərimizdə  Sizin  diqqət və qayğınızı hiss edirik.

Çox təəssüf hisssi ilə bildirmək istəyirik ki, Sizin bizə göstərdiyiniz  diqqət və qayğıdan birliyin sədirliyini saxta yollarla ələ keçirmiş əfqanıstan müharibəsi veteranı olmayan Məhəmməd Vəliyev və onun cinayətkar dəstəsinin üzvləri sədrin müavini Cavan Əhmədov, Əbülfət Hüseynov, Məhəmməd Vəliyevin oğlu Araz və bibisi oğlu Vüqar Hüseynovla  cinayət əlaqəsinə girərək veteranlara ayrılmış bütün torpaq sahələrini rüşvət almaqla satmışlar. Dəfələrlə biz Əfqanıstan müharibəsiveteranları və  əlilləri çöxsaylı müraciət və şikayət etməyimizə baxmayaraq  hələdə hüquq mühafizə orqanlarından bir cavab ala bilmirik.

           Möhtərəm cənab Prezident !

   Biz əfqan veteranları dəfələrlə Sizə müraciət edərək Məhəmməd Vəliyevin cinayət əməllərinin araşdırılmasını xahiş etsək də Sizə ünvanladığımız məktubları müəyyən qüvvələr  gizlədərək Məhəmməd Vəliyevə havadarlıq edirlər. Prezident Aparatında olan  Rasim Mirzəyev tərəfindən 3 dəfədir ki, Məhəmməd Vəliyevin  Rusiya  prezidenti V.V.Putinə 03.06.2013-cü il tarixli 20 saylı  ünvanladığı məktub gizlədilir. Həmin məktub   Azərbaycanda prezident seçkiləri ərəfəsində yazılıb və  bütünlüklə Azərbaycan Dövlətçiliyinin əleninə yazılmışdir. Məhəmməd Vəliyev  2009 –cu ildə hansı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub?

     Yuxarıda yazılanları və Əfqanstan müharibəsi veteranları və əlillərinin çoxsaylı müraciətlərini nəzərə alaraq:

    1. Məhəmməd Vəliyev tərəfindən 10000 əfqan veteranı və əlili adından yazılan 03.06.2013-cü il tarixli 20 saylı məktubun hüquq mühafizə orqanları tərəfindən diqqətlə araşdırılması üçün göstəriş verəsiniz.

    2.İşlərində  çoxsaylı cinayət əməlləri, dəlil sübutlar və şikayətlər olmasına baxmayaraq  Məhəmməd Vəliyevə, Əbülfət Hüseynova, Cavan Əhmədova, Məhəmməd Vəliyevin oğlu Araza və bibisi oğlu Vüqar Hüseynova qarşı  cinayət işi açılmasını  Sizdən  xahiş edirik.

Əvvəlcədən Sizə öz dərin təşəkkürümüzü bildiririk.

 

103 nəfərin imzası ilə !!!

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024