Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (10-01-2016, 11:41)
Əfqanıstan müharibə veteranlarının Prezidentə müraciəti

 

Mediatv.az-ın elektron poçtuna Əfqanıstan  müharibə  veteranları tərəfindən müraciət daxil olub.
Həmin müraciəti olduğu kimi təqdim edirik:  
      "Möhtərəm cənab Prezident ! 
          Biz  Əfqanıstan  müharibə  veteranları  daima  öz  üzərimizdə  Sizin  diqqət  və  qayğınızı  hiss  edirik.  Üzvü  olduğumuz  İctimai  birliyə  şəhərin  mərkəzində  ofis  ayrılması  Əfqanıstan  müharibə  veteranlarının  mənzil  problemlərinin  aradan  qaldırılması  məqsədi  ilə  Suraxanı  rayonu  ərazisində  sizin  tapşırığınızla  fərdi  ev  tikintisi  ücün  10.35 ha  torpaq  sahəsinin  ayrılması,  bizlərin  maddi  sosial  vəziyyətimizin  yaxşılaşdırılması  istiqamətində  verdiyiniz  bir  sira  sərəncamlar  buna  bariz  nümunədir.
          Çox  təəssüf  hissi  ilə  bildirmək  istəyirik  ki,  bizə  göstərdiyiniz  diqqət  və  qayğıdan  Birliyin  sədirliyini  saxta  yollarla  ələ  keçirmiş  Əfqanıstan  müharibəsi  veteranı  olmayan  Məhəmməd  Vəliyev  və  onun  cinayət  ortağı  Cavan  Əhmədovun cinayət  əməlləri  nəticəsində  istifadə  edə  bilmirik.  Birliyin  sədiri  Məhəmməd  Vəliyev  Əfqanıstan  müharibə  veteranlarına  ayrılmış  10.35 ha  torpağın  hər  bir  sotunu   3500-8000  manat  arasında  sataraq,  cinayət  məsuliyyətinə  cəlb  olunmayacağına  əmin  olduğundan  harınlayaraq  Birliyin  Dilarə  Əliyeva  251  ünvanında  yerləşən  ofisini  də  satıbdır.
          Məhəmməd  Vəliyev  rəhbərlik  etdiyi  11 il  müddətində  Əfqanıstan  müharibə  veteranlarına,  əlillərinə  və  şəhid ailələrinə  dövlət  tərəfindən  ayrılmış  limitlər  və  yardımlar  tamamı  ilə  mənimsənilmişdir  hec  bir  kəsə  verilməmişdir.  Bu  müddət  ərizində  heç  bir  hesabat  müşavirəsi  keçirməmiş  və  bu  qeyri  qanunu  hərəkətlərinə  heç  zaman  hesabat verməmişdir.
  
          Möhtərəm cənab Prezident !
 
         Biz  Əfanıstan  müharibə  veteranları  Sizin  korrupsiyanın  qarşısının  alınması  üçün  atdığınız  addımları  çox  bəyənirik  və  dəstəkliyirik.  Birinci  dəfə  Sizə  30  nəfərin  imzası  ilə  ünvanladığımız  məktub  Prezident  Aparatından  Baş  Prokurorluğuna  göndərildi.  Baş  Prokurorluqdan  isə  Baş  Prokurorluq  yanında  Karrupsiyaya  qarşı  Mübarizə  Baş  idarəsində  işə  baxılması  üçün  prokuror  Nazir  Quluyevə  verildi. Yuxarıda  yazılanlara,  2010-cu  ildən   2015-ci  ilin  axırlarına  qədər  olan  bir  çox  faktlara,  alınmış  izahatlara,   bxmayaraq  prokuror  Nazir  Quluyev  2009-cu  ildə  işə  baxılib  icrata  xitam  verilmişdir,  deyərək  işi  yenidən  prokrorluğa  göndərmişdir.  Bu  işlərin  düzgün  baxılmasına ,Məhəmməd Vəliyev və onun ortağı Cavan Əhmədova cinayət işinin qaldırılmasına  müvafiq  göstəriş  verəsiniz.     
     
           Əvvəlcədən  Sizə  öz  dərin  təşəkkürümüzü  bildiririk".  
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024