Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (12-10-2015, 19:59)
Əkbər Vəliyev İspaniyada niyə həbs olundu?

Əkbər Vəliyev İspaniyada niyə həbs olundu?

 

Bir neçə gün öncə İnterpolun “qırmızı xətti” ilə axtarışa verilərək İspaniyada həbs olunan Əkbər Məhəmməd oğlu Vəliyev “Global Construction” şirkətinin əməkdaşı olub. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xəbərdə deyilir ki, Ə.Vəliyev Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında bu il mayın 19-da, saat 11 radələrində baş vermiş və 14 nəfərin ölümünə səbəb olmuş yanğında təqsirləndirilir.
Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.
Qeyd edək ki, Ə.Vəliyev barəsində Cinayət Məcəlləsinin 225 (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Baş Prokurorluqdan bildirilib ki, Ə.Vəliyevin həbs edilməsi faktı üzrə rəsmi informasiya yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov hadisədən dərhal sonra həbs olunmuşdu.
Məlumatlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, Əkbər Vəliyev son 4 il ərzində İspaniyanın Jirona əyalətində yaşayıb və buradakı “Pivani Conctruction” şirkətində çalışıb. Bu şirkət daşınmaz əmlak sahəsi üzrə ixtisaslaşıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024