Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-07-2016, 13:20)
"Sarkisyan tezliklə devriləcək" - İrəvandakı etirazlara şərh

“Ermənistanda davam edən etirazlar laxlamış Sarkisyan rejiminin devrilməsinin başlanğıcıdır”.

 

Mediatv.az xəbər verir ki, bunu AzVision.az-a politoloq Fikrət Sadıqov Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyalarının nəticələrinə dair şərhində deyib.

Politoloq bildirib ki, Ermənistanda baş verən proseslər kriminal elementlərin hərəkətləri olsa da, onların arxasında müəyyən siyasi qüvvələr dayanır: “Sarkisyanın mövqeləri çoxdan laxlayır. Çünki, o, daxili və xarici siyasətində böyük səhvlər buraxır, bir sıra məsələləri həll etmir, iqtisadi vəziyyəti acınacaqlı durumdan çıxarda bilmir. Ona görə də maraqlı siyasi qüvvələr bu kriminal elementlərdən istifadə edərək, Sarkisyan rejiminin sonunu gətirmək istəyir.

Bu qüvvələrin kimliyi və siyasi kursunun nə olacağı bizə bəlli deyil. Amma, hər halda erməni xalqı, siyasi elitası Sarkisyanın siyasətindən yorulub və müxtəlif yollardan istifadə edərək, onu və tərəfdarlarını devirmək istəyir. Hesab edirəm ki, baş verən olaylar Sarkisyanın devrilməsinin başlanğıcıdır”. 

F.Sadıqov vurğulayıb ki, etirazlar kütləvi xarakter alsa, Sarkisyanın devrilməsi qaçılmazdır: “Burada hər şey kütləvilikdən və onların arxasında dayanan qüvvələrin iradəsindən asılıdır. Etirazçılar hərbi çevrilişlə Sarkisyanı devirmək istəyirlər. Bu, o qədər də asan məsələ deyil. Çünki, Sarkisyan rejiminin əlində aminstrativ resurslar, strukturlar, güclər var. Amma, bu konstruksiya hər an dağıla bilər. Əgər etirazçılarda bir az kütləvilik olsa, onların arxasında dayanan siyasi qüvvələrin iradəsi davamlı xarakter daşısa, Sarkisyan rejimin ömrünün sonuna az qaldığını deyə bilərik”. 

 

Bununla belə politoloq qeyd edib ki, Sarksiyan bütün qüvvələrdən istifadə edərək etirazları sonlandırmağa çalışacaq: “Sarkisyan kütləvi qırğına gedə bilər. Çünki, o, artıq güc faktorundan istifadə edib, dinc əhaliyə atəş açılıb. Beynəlxalq güclərin İrəvanda baş verənlərə səsiz qalması isə Sarkisyanın əl-qolunu açır. Sarkisyan bu səssizlikdən istifadə edərək nümayişləri yatırtmaq fikrindədir. Ancaq, düşünmürəm ki, bu asanlıq baş versin”. 

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda gərginlik səngimək bilmir. Ötən gün keçirilən etiraz aksiyaları zamanı İrəvanda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Polisin etirazçılara atəş açdığı bildirilib. Sakinlər isə polis əməkdaşlarını daş-qalaq ediblər.

Toqquşmalar zamanı 51 nəfər yaralanıb. Yaralılardan 28-i polis əməkdaşıdır. Gecə saatlarında İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb. 30-dək etirazçının saxlanıldığı deyilir.

Hazırda İrəvanda nisbi sakitlik hökm sürsə də, axşam saatlarında etirazların davam edəcəyi gözlənilir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024