Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 11:22)
GDU rektorunun ailə üzvləri iş adamının restoranını məcburi satdırmaq istəyir - Şəmkirdə sahibkara qarşı təzyiqlər

 
Şəmkir rayonunda fəaliyyət göstərən Əliyev Asəf Sakit oğlu adlı sahibkar sosial şəbəkələr üzərindən ölkə rəhbərliyinə müraciət edərək bir qrup məmur tərəfindən ona edilən təzyiqlərə son verilməsini xahiş edir...

Sahibkarın iddiasına görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov və onun qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri işləmiş Cavanşir Yusifovun oğlu Rüfət Yusifov, bacısının yoldaşı Rizvan Məmmədov və oğlu Muxtar Məmmədov bir ildən çoxdur ki, ona müxtəlif vasitələrlə təzyiqlər edərək özünə məxsus "Sakit" Ailəvi İstirahət mərkəzini və onun həyətində yerləşən restoranı ələ keçirmək istəyirlər.
 

Sahibkar Asəf Əliyev qeyd edir ki, adı çəkilən şəxslər ona məxsus istirahət mərkəzinin yanında yerləşən obyektini aldıqdan sonra "Sakit" Ailəvi İstirahət mərkəzinin qarşını zəbt edərək parking kimi istifadə edirlər. Yusifovlar "Sakit" Ailəvi İstirahət Mərkəzinin qarşısını zəbt etməklə, istirahət mərkəzinə gələn müştərilərin avtomobillərini saxlamaq imkanından mərhum ediblər.

Məlumata görə sahibkara edilən təzyiqin başında Cavanşir Yusifovun oğlu Rüfət Yusifovla bibisi oğlu Göygöl rayon Maliyyə idarəsinin rəis müavini Muxtar Məmmədov dayanır.

Bildirək ki, Rüfət Yusifovla Muxtar Məmmədov 2024-cü ilin sentyabr ayında Şəmirdə yerləşən və fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayını 1 milyon 350 min manata alıblar.

 
Keçən ilin dekbar ayında isə "Yamin" şadlıq sarayını 2.5 milyon manata satın alıblar. Göründüyü kimi əllərində kifayət qədər vəsait olan Yusifovların mal-mülki iki şadlıq sarayı ilə bitmir.
 
Məlumata görə Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında Yusifovlar və qohumlarına məxsus çoxlu sayda obyektlər,mülklər mövcuddur. Sahibkar Asəf Əliyev qeyd edib ki, Rüfət Yusifovla Muxtar Məmmədov və atası Rizvan Məmmədovun ona qarşı etdikləri təzyiqlər barədə aidiyyatı qurumlara müarciətlər etməsinə baxmayaraq, hələki Yusifovlara qarşı tədbir görülmür.

 Qeyd edək ki, hazırda "Yamin" şadlıq sarayının qarşısında vurulan elanda Göygöl Maliyyə idarəsinin rəis müavini Muxtar Məmmədovla atası Şəmkirin Düyərli kənd Bələdiyyəsinin baş mühasibi Rizvan Məmmədovun nömrələri var.
Məlumata görə Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında Yusifovlar və qohumlarına məxsus çoxlu sayda obyektlər,mülklər mövcuddur. Sahibkar Asəf Əliyev qeyd edib ki, Rüfət Yusifovla Muxtar Məmmədov və atası Rizvan Məmmədovun ona qarşı etdikləri təzyiqlər barədə aidiyyatı qurumlara müarciətlər etməsinə baxmayaraq, hələki Yusifovlara qarşı tədbir görülmür.
Gəncəbasar regionunda Muxtar Məmmədovun məmur ola-ola biznes fəaliyyəti ilə məşğul olduğunu hər kəs bilir. Muxtar Məmmədov keçmişdə dayısı Cvanaşir Yusifova arxlanırdı. İndi isə digər dayısı Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifova arxalanır. Bütün işlərində isə dayısı oğlu Rüfət Yusifovla şərikdrlər. İddiaya görə Rüfət Yusiifovla Muxtar Məmmədovun digər şərikləri GDU rektoru Yusif Yusifovdur.
Hazırda "Sakit" Ailəvi İstirahət Mərkəzinə gələn müştərilərin avtomobil saxlmalarının qarşısını almaqla, retoranı iflic vəziyyətə gətirən Yusifovlara və onların bacısı oğu Muxtar Məmmədova "dur" deyən yoxdur.(FIM.az)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
8 01 2026
8 01 2026