Sosial (Dünən, 17:34)
Peyman Sadıqov: Amil Xəlilin dediklərini təhrif edənlər problemi ört-basdır etməyə çalışır
Speys TV-nin “Gəl danış” verilişində aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər ətrafında yaradılan süni qalmaqal cəmiyyətdə real problemləri müzakirə etmək istəyənlərə qarşı növbəti təzyiq cəhdi kimi qiymətləndirilməlidir.
Xalqxeber.Az xəbər portalının baş redaktoru Peyman Sadıqov bildirib ki, Amil Xəlilin sözləri kontekstdən çıxarılaraq qəsdən fərqli istiqamətə yönəldilir:
“Amil Xəlil nə Bakını, nə də bütün tələbə qızları hədəf alıb. O, illərdir hamının gördüyü, amma danışmağa cəsarət etmədiyi sosial problemlərə toxunub. Bu gün reallıq ondan ibarətdir ki, Bakıya oxumaq adı ilə gələn gənclərin bir qismi təhsildən uzaq həyat tərzinə sürüklənir. Bu faktı demək cinayət deyil.”
Sadıqovun sözlərinə görə, məsələni “qadın hüquqları” adı altında manipulyasiya edənlər əslində valideyn məsuliyyəti, təhsil siyasəti və gənclərin nəzarətsizliyi kimi əsas mövzuları kölgədə qoymağa çalışırlar:
“Əgər bir aparıcı valideynləri daha diqqətli olmağa çağırırsa, bu, təhqir yox, xəbərdarlıqdır. Problemi inkar etmək onu aradan qaldırmır. Əksinə, susmaq bu halların daha da artmasına şərait yaradır.”
O vurğulayıb ki, bölgə universitetlərinin daim aşağılanması da ayrıca problemdir:
“Niyə valideynlər bölgə universitetlərini avtomatik olaraq yararsız hesab edir? Niyə hər kəs övladını mütləq Bakıya göndərməyə can atır? Amil Xəlilin qaldırdığı əsas sual məhz budur.”
Peyman Sadıqov hesab edir ki, aparıcının fikirlərinə qarşı bu qədər aqressiv reaksiya verilməsi söz azadlığına təzyiq nümunəsidir:
“Əgər cəmiyyətdə hər kəs yalnız ‘xoşumuza gələn’ həqiqətləri deməlidirsə, o zaman problemləri necə həll edəcəyik? Amil Xəlil cəmiyyətin güzgüsünü göstərdi. Güzgünü sındırmaqla sima dəyişmir.”
Qeyd edək ki, aparıcının çıxışı bəzi hüquqşünaslar və ictimai fəallar tərəfindən tənqid olunsa da, sosial şəbəkələrdə xeyli sayda vətəndaş Amil Xəlilin səsləndirdiyi fikirlərin reallığa söykəndiyini və açıq müzakirəyə ehtiyac olduğunu bildirir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
9 01 2026
8 01 2026
8 01 2026


























