Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-06-2016, 15:11)
“Fövqəlnazir”ə 100 minlik rüşvət qalmaqalı yaşadan məmur: Cəbrayıl Xanlarov – VİDEOLAR

 

Mediatv.az:  Göyçay rayon sakini, YAP üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlu üzləşdiyi problemləri ilə bağlı cumhuriyyet.az olaraq bir müddət əvvəl yazı dərc etmişdik. “YAP-çı sahibkar məmurları sıraya düzdü: Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev…” başlıqlı həmin yazımızda sahibkarın videomüraciətini də yerləşdirmişdik. Ümumiyyətlə uzun müddətdir Göyçay rayonunda sahibkarla FHN arasındakı qalmaqal haqda yazmışıq. Son yazımızda isə cumhuriyyet.az olaraq Göyçaylı sahibkarın FHN-nin müxtəlif qurumlarda rüşvət söhbətinin anonsun verərək videomaterial dərc etmişdik. “Kəmaləddin Heydərovun adamlarının sahibkardan rüşvət tələbi: Asiman-Elçin ittifaqı” başlıqlı digər bir yazımızin ardınca “FHN-ə sillə kimi cavab: “Sahibkardan 100 min rüşvət almaq olmaz, Asiman müəllim…” – VİDEO” başlıqlı materialımızda isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman müəllimin sahibkarla qalmaqallı söhbətindən videogörüntülərin birinci hissəsini diqqətinizə çatdırırmışdıq.

Eyni zamanda şikayətçi sahibkar da cumhuriyyet.az-a öz fikirlərini bildirmiş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı 100 minlik rüşvət iddiasını bir daha ifadə etmişdi. Buyurun dinləyin cənablar:

Çox təəssüf ki nə FHN, nə də əlaqədar qurumlar tərəfindən məsələ nəzarətə götürülməmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sanki dövlət içində toxunulmaz quruma çevrilib. Biz də cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız sayəsində əldə etdiyimiz faktlar əsasında bu idarə və onun rəhbəri haqda araşdırma apardıq. Bütün bunlardan sonra cavab axtaracağımız tək bir sual var: FHN rəhbəri K.Heydərova, həm də Azərbaycan hökumətinə bunca problemlər yaşadıb cəzasız qalan
Cəbrayıl Xanlarov kimdir?
Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. Cumhuriyyet.az bildirir ki, şəxsiyyət vəsiqəsində yer alan məlumata görə o, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. Göründüyü kimi, Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir. C.Xanlarovun atası Eldar Xanlarov AMEA-institutlarından birində işləyir. Ata məsləhəti ilə alim olmaq qərarına gəlib. Belə ki, 2011-ci ildə yeni qanuna görə dövlət qulluğunda işləyənlər elmi iş müdafiə edə bilməzlər. Ona görə da ata-bala və elmi rəhbəri Ziyad Səmədzadənin məsləhəti ilə tələsik olaraq 2010-cu ildə elmi ad almaq üçün qollarını çırmalayıblar. Etibarlı mənbənin məlumatına görə, elmi rəhbərlər bu cür əməliyyatlardan yaxşı mükafatlar əldə edirlər, amma biz Ziyad Səmədzadənin konkret olaraq hansı mükafatı əldə etdiyini söyləyə bilməyəcəyik. Amma Savash.org olaraq bu istiqamətdə apardığımız araşdırma daha ilginc bir faktı üzə çıxarıb. Məsələ burasındadır ki, ötən ilin təxminən may ayında Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda plagiat müdafiə edənlərin siyahısısı təsdiqlənir. “… Komissiya eyni zamanda daha yeddi dissertantın işinin ləğv olunması barədə qərar verib. Beləliklə C.Xanlarov plagiat alim adı almağa nail olublar. Bu sayaq plagiat əməliyyatları, bir qayda olaraq, təxminən 20 000-30 000 min manata başa gəlir. Onsuz da Cəbrayıl Xanlarov kimi “alimlərin” alimlik adı mütləq ləğv ediləcək. Məlum plagiatlıqla bağlı siyahı mətbuata çıxanda Cəbrayıl Xanlarov əməlli başlı “tərləyərək” adının mətbuata çıxmasının qarşısını ala bilib. Əvəzində isə Agentliyin işçisi Esmira Çərkəzqızını qurban verməli olub. Məlum siyahı çap olunandan sonra o, Esmira Çərkəzqızının işdən uzaqlaşmasını təmin edib və söz-söhbətin Agentliyin və öz üzərindən uzaqlaşmasına nail olub. Ən azından Cəbrayıl Xanlarov bunu belə düşünürdü. Beləliklə, O, 2010-cu ildə tələm-tələsik təzə alim – “alim” adı alıb və bir az da uzağa gedərək ata məsləhəti ilə Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovanın əmri ilə 0.25 ştatla “Tikinti İqtisadiyyat” fakültəsinin kafedrasında işə götürülüb. Bu fakt da onu göstərir ki, C.Xanlarov kifayət qədər qalmaqallı və mənfi reputasiya gətirəcək bir şəxsdir. Həm də
Cəbrayıl Xanlarova bağlı qalmaqallı tikintilər
Tez-tez gündəmə gəlir. Məsələn o, özünə yaxın ətrafda dəfələrlə bildirib ki, “Azəri Trans” şirkəti FHN rəhbərliyinə yaxın bir şəxsin ailə üzvləri üçün Göy- göldə Zodda 2400 kvadrat metr sahəyə malik prezident sayağı analoji iqamətgah tikib. Bu iqamətgah Zod kəndinin ən pik nötəsində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən 2400 kvadrat mert sahəsi olan 3 mərtəbəli liftli, böyük hovuzu, su çəni, yeni yol, qaz, suyu, işığı çəkilən yaşayış ofis villadır. Hətta Göygöl rayonun mərkəzindən Zodda olan bu iqamətgah üçün 17- 18 km yol asfalt çəkilərək hər iki tərəfindən hasarlanıb üzlük daşlarla bəzədilib. Biz sadəcə etik cəhətdən həmin şəxsin və şəxslərin adlarını çəkmirik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir.
Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib. Başqa misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanıqsöndürmə Məntəqəsinin inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans” MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən milyonlarla manat vəsait xərclənib.
Həmçinin, Lənkəran şəhərində tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli 5 ulduzlu otel komleksi də Qax- Zaqatala üçün ayrılmış vəsait hesabına inşa edilib. Amma bir müddət sonra maraqlıdır ki, xərc çəkilib özülü qoyulan otel kompleksi yerlə -yeksan edilib. Sual oluna bilər; bu qədər vəsaiti sərf edib, sonradan prezidenti aldadaraq otel kompleksini uçurmaqda məqsəd nə idi?
Sonuncu qalmaqallı tikinti olayı isə Bakıda baş verdi. Belə ki, C.Xanlarovun Bilgəhdə inşa edilmiş 4 mərtəbəli, dəyərinin 15 milyon dollardan çox olduğu deyilən villanın sökülür və məlumata görə sökülmə barədə tapşırıq isə prezident İlham Əliyev tərəfindən verilib. Məlumata görə, dövlət başçısı Bilgəhdə olarkən həmin sarayı görüb və onun kimə məxsus olduğunu soruşub. Prezidenti müşayət edənlər bildiriblər ki, həmin saray FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bunun ardından ölkə rəhbəri həmin sarayın sökülməsi tapşırığını verib. Amma son məlumatlara görə bu villanın yalnız bir hissəsi görüntü naminə dağıdılıb və söküntü prosesi dayandırılıb.

Cumhuriyyət.az

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024