Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-12-2015, 22:58)
Bir neçə indiki və sabiq nazirin mülkləri uçurulacaq – Çoxmilyonluq söküntü!

Bir neçə indiki və sabiq nazirin mülkləri uçurulacaq – Çoxmilyonluq söküntü!

 

Xəzər dənizinin hasarlanmış sahillərində tikilmiş mülklərin bir hissəsi söküləcək. Söhbət dənizlə az qala bitişik inşa olunan və hər birinin dəyəri milyonlarlıa manatla ölçülən villalrdan gedir. Bu barədə Qaynar.info-yadaxil olan məlumatda bildirilir.

Xatırladaq ki, Milli Məclisin dekabrın 18-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib. 

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaqlar. Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, buna qədər İnzibati Xətalar Məcəlləsində yuxarıda qeyd olunan xətalara görə maksimum cərimə 250 manat idi. 

“Sadəcə, cərimələrin artırılması ilə kifayətlənilməyəcək və bir sıra Xəzəryanı ərazilərdə zəbt olunmuş iri torpaq sahələrində inşa olunan imarətlər də uçurulacaq. Bununla da həmin ərazilərdə vətəndaşların dənizə sərbəst gediş-gəılişi təmin olunacaq” deyə saytımızı məlumatlandıran mənbə deyib.

Onun sözlərinə görə, əksər belə imarətlərin sahibi hakimiyyətdə yüksək post tutan məmurlardır və onların da mülklərinin sökülməsi qaçılmazdır. “Belə məmurlar arasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, eləcə də hazırda yüksək dövlət postu tutanlardan müdafiə sənayesi naziri Yavər Camalov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və digərlərinin adları var” deyə mənbəmiz bildirib.

Qaynağımız söküntülərin əsasən Xəzər dənizinin Qaradağ, Mərdəkan və Novxanı sahillərini əhatə edəcəyini deyib.

Xatırladaq ki, 2003-cü il yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” prezident sərəncamı imzalanı imzalanıb. Sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, habelə Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik masafədə tikilən obyektləri sökmüşdülər. 

2003-cü il avqustun 4-də isə “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi imzalandı. Həmin qanuna görə, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsus idi. 

Amma ölkəyə iri neft pullarının daxil olması ilə hədsiz varlanan məmurlar faktiki olaraq Xəzər sahillərini özəlləşdirməyə başladılar. Hələ 2008-ci ildə ölkə mətbuatı yazırdı ki, dənizin bir neçə metrliyini belə ələ keçirən məmurlara bu, bir sotu 15-20 min manata başa gəlir. 

2000-ci illərin sonlarından başlayaraq Xəzərin zəbt olunan və hasarlanan sahillərində ərəb şeyxlərinin saraylarını xatırladan mülklər inşa edilməyə başlanıldı. Həmin mülklərin bir hissəsi hətta dənizin içinədək uzanır. Bunlar əsasən hakimiyyətdə yüksək mövqe və güclü siyasi nüfuz sahibi olan məmurlara məxsus imarətlərdir. Həmin imarətlərdə onların şəxsi balıqçılarından tutmuş yaxtalarınadək demək olar, hər şey var.

Bu cür mülklərin, - hansı ki, onların bəzilərinin dəyərinin hətta 12-15 milyon manatdan başlanıldığı bildirilir! - ucbatından sadə vətəndaşlar bir çox Bakı kəndlərində və qəsəbələrində dəniz üzünə tamamilə tamarzı qalıblar. Onların Xəzər həsrətini aradan qaldırmağın yeganə yolu isə məhz bu cür mülkləri uçurmaqdır. Bu həm də xalqa dənizi belə çox görən nazirlərə, komitə sədrlərinə yaxşı qulaqburması olardı. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024