Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:45)
Global Media Group-da Adnan Əhmədzadə "təmizliyi" - Elnur Abdullayev və Məmməd Gülməmmədovdan YENİ ADDIM

 Azərbaycanın ən böyük media holdinqlərindən biri olan "Global Media Group"da diqqətçəkən hadisə baş verib. Holdinqin rəhbərliyi həbs olunan iş adamı Adnan Əhmədzadə ilə rəqəmsal əlaqələri kəsməyə başlayıb.
Dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilən Adnan Əhmədzadə, artıq keçmiş tərəfdaşları və yaxın çevrəsi tərəfindən "sosial media blokadasına" alınıb.
İzləmələr dayandırıldı
Əldə olunan məlumata görə, "Global Media Group"un İdarə Heyətinin sədri Elnur Abdullayev rəsmi sosial şəbəkə hesablarında Adnan Əhmədzadəni instagram"da izləmədən çıxarıb.
İddiaya görə, bu addım mediada holdinqin həbs olunan şəxslə arasına məsafə qoymasıdır.
Bu addım iş adamının həbsindən sonra şirkət daxilində atılan ən diqqətçəkən addımlardan biri hesab olunur.
Analoji addım holdinqin Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalının direktoru Məmməd Gülməmmədov tərəfindən də atılıb. O da öz növbəsində Əhmədzadəni dostluq və izləmə siyahısından silib.
Səbəblər bəlli deyil
Hər iki rəhbər şəxsin eyni vaxtda bu addımı atması diqqətdən yayınmayıb. İddialara görə, bu korrupsiya və mənimsəmə ittihamları ilə üzləşən bir şəxslə işgüzar və şəxsi reputasiyanın qorunması məqsədilə atılan profilaktik addımdır.
Görünən odur ki, media rəhbərləri həbs olunan iş adamı ilə olan bütün bağlarını, hətta virtual məkanda belə qoparmağa üstünlük verirlər.
Xatırlatma: Adnan Əhmədzadə bir müddət əvvəl külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və digər vəzifə cinayətləri ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb.
32gun.AZ 
шаблоны для dle 11.2

Xəbər lenti
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
31 12 2025
30 12 2025
30 12 2025
30 12 2025
30 12 2025