Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-12-2015, 16:37)
"Bir deputat iki komitənin üzvü ola bilər"

 

 

Deputat parlamentin iki komitəsində təmsil oluna biləcək

Mediatv.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib. Təklif olunan layihəyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeələrinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq.

Eyni zamanda, xətaların il ərzində inzibati tənhbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min , hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Bundan başqa iclasda “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə dəyişikliklər müzakirə olunub. Nizamnamənin 36-cı maddəsinə təklif edilən dəyişiklikdə bildirilir ki, “Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər”. 

Hazırkı maddənin tələbinə görə isə deputatın yalnız bir komitənin üzvü olmaq səlahiyyəti var.

33-cü maddəyə təklif edilən dəyişikliyə görə isə Milli Məclis sədrinin seçilməsi zamanı deputatlar yalnız bülleten vasitəsi ilə yox, elektron səsvermə ilə də seçim edə biləcəklər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dəyişiklik layihələri müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024