Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-12-2015, 12:21)
Dənizi zəbt edənlər 7 min manat cərimələnəcək

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsini sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələrin miqdarı artırılıb.

Mediatv.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 


Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə, fiziki şəxslər 3000 manat miqdarında (hazırda 15-20 AZN-dək), vəzifəli şəxslər 7000 (30-50 AZN-dək), hüquqi şəxslər isə 35 000 (100-150 AZN-dək) manat miqdarında cərimə ediləcək. 

Digər dəyişikliyə görə isə inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədildikdə fiziki şəxslər 5000 (hazırda 25-35 AZN-dək), vəzifəli şəxslər 10 000 (60-80 AZN-dək), hüquqi şəxslər 50 000 manat (150-250 AZN-dək) miqdarında cərimə ediləcək. 

Qeyd edək ki, mövcud dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024