Karusel (Bu gün, 17:24)
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi:Şok səs yazısı
Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva haqqında şikayətlərin və qalmaqalların ardı-arası kəsilmir. Onun məktəbi rüşvət yuvasına çevirməsinə, pedaqoji kollektivi şantaj etməsinə, qanunsuz olaraq işdən çıxarılmasına dair kifayət qədər səs yazıları və faktlar yayılıb. Ancaq nədənsə, nazir Emin Əmrullayev, eləcə də MÜTDA rəhbəri Eşqi Bağırov Afaq Əliyeva haqda heç bir ölçü götürmür. Onu qoruyan gizli əllər Afaq Əliyevanın hələ də vəzifədə qalmasına və özbaşınalıqlarını davam etdirməsinə rəvac verir.
Bu dəfə Afaq Əliyevanın "qara kassa"sının məktəbdə rüşvət toplamasına dair səs yazısını əldə etmişik. Səs yazısında özünü Afaq Əliyevanın "sadiq adamı" kimi göstərən Yeganə Musayeva xüsusi canfəşanlıqla rüşvət toplayır. Hətta narazılıq edənlərə də sərt ritorika ilə bir növ xəbərdarlıq edir. Bu səs yazısı Afaq Əliyevanın rüşvət və korrupsiyaya bulaşmasının sübutudur. Ancaq o, Saleh Məmmədov və Lalə Şəfəqqətovanı Nizami rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət edib. Qanunsuz yerə işdən çıxartdığı müəllimləri hansı üzlə məhkəməyə verməsi isə ayrıca bir mövzudur. Onu ifşa edənlərə, qanunsuzluğunu ortaya çıxaranlara qarşı Afaq Əliyeva sözün əsl mənasında "müharibə" aparır və ona "dur" deyən tapılmır.
Hazırda Lalə Şəfəqqətovanın və Saleh Məmmədovun işinə Nizami rayon Məhkəməsinin hakimi Emin Axundov baxır. İnanırıq ki, hakim öz işinə və məsələyə vicdanla yanaşacaq və ədalətli qərar qəbul edəcək. Bununla da ədalətsizliyə uğrayan müəllimlərin canı Afaq Əliyevadan birdəfəlik qurtaracaq.(Tehsilmedia.az)
Səsyazı üçün videoya keçid edin.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
30 09 2025
30 09 2025