Karusel (27-03-2015, 10:21)
Gürcüstandakı aksiyaların Azərbaycana təsiri...
Aprel ayında Bakıda mitinqlər planlaşdırılıb; İqbal Ağazadə isə aksiyaların əleyhinədir
Martın 21-də Gürcüstanın Azadlıq meydanında eks-prezident Mixail Saakaşvilinin tərəfdarları etiraz aksiyası keçirib.
40 minə yaxın insanın iştirak etdiyi mitinqdə hökumətin istefası tələb olunub. Monitor vasitəsilə mitinqdə çıxış edən Saakaşvili xalqı Gürcüstan hökumətini yola salmağa çağırıb. Məlumdur ki, hər bir ölkədə baş verən proseslər qonşu dövlətlərə dolayısı yolla təsir edir. Ekspertlər bildirir ki, qarşıdan parlament seçkiləri də gəlir, bu baxımdan qonşu Gürcüstanda baş verənlərin Azərbaycana təsirinin olacağı istisna deyil...
Gürcüstanda keçirilən mitinqlər zamanı qonşu dövlətdə səfərdə olan Müsavat rəhbərlərindən biri, başqan müavini Elman Fəttah partiyanın yaxın günlərdə kütləvi aksiyalara start verəcəyini bildirdi: “Müsavat aksiya ilə bağlı qərarını verib. Martın 18-də Mitinq Komitəsi formalaşdırılıb. Aksiyaya hazırlıq prosesi davam edir. İş bölgüləri aparılıb. Aprel ayı ərzində Müsavat Partiyası qarşıdan gələn seçkilər, ölkədə baş verən proseslər və manatın ucuzlaşması ilə bağlı mitinq keçirməyi planlaşdırır. Gürcüstandakı aksiya xüsusi bir hadisə ilə bağlı olmayan etirazdır. Orada iki ildən sonra seçkilər olacaq. Azərbaycanla müqayisədə iqtisadi cəhətdən bir ciddi hadisə də baş verməyib. Saakaşvili hazırda müxalifətdə olduğuna görə gücünü yoxlamaq üçün mitinq keçirib. Biz bu barədə görüşlərimizdə məlumat aldıq. Gürcüstan demokratik bir ölkədir. Bunun göstəricisidir ki, şəhərin mərkəzində müxalifət istədiyi şəkildə mitinqini keçirir”.
Elman Fəttah Gürcüstandakı aksiyanın kütləviliyindən və Azərbaycanda vətəndaşların müxalifətin çağırışlarına qoşulmamasına dair sualımıza belə cavab verdi: “Tamam fərqli məsələlərdir. Çünki Gürcüstanda müxalifətə qarşı hər hansı bir təzyiq kampaniyası aparılmır. Orada, ümumiyyətlə, siyasi məhbus yoxdur, gənc fəallar həbs edilmir. Tam azad və demokratik bir ölkədir. Bizdə isə 100-dən çox siyasi və vicdan məhbusu var. Müsavat başqanının üç müavini həbsdədir. Digər təşkilatların nümayəndələri ağır ittihamlarla həbsə atılıblar. Sərbəst toplaşmaq azadlığı tam təmin olunmur. ”Məhsul" stadionu ilə Gürcüstandakı meydanı da müqayisə etmək olmaz. Çünki bizdə mitinqə gələnlər xüsusi yoxlamadan keçirilir. İşdən qovulma kimi hədə-qorxular olur. Bu da insanlarda xof yaradır. Nəticədə kütləviliyə nail ola bilmirik. Bunların heç biri Gürcüstanda olmur. Əsas fərqlər bunlardır".
Ümid Partiyasının sədri İqbal Ağazadə isə tamam fərqli düşünür. O, kütləvi aksiyaların əleyhinədir: “Hesab etmirəm ki, bu gün Azərbaycanda vəziyyəti dəyişmək mümkündür. Seçici, vətəndaş və üzvlərimizlə elə işləmək lazımdır ki, o mexanizm kütləviliyi təmin edə bilsin. Zərurət yaranarsa, o zaman kütləvi aksiyalara və meydanlara çıxmaq olar. 1500-2000 mitinq iştirakçısı ilə proses aparmaq olmaz. Biz görürük ki, yüksək xətlə gedən 3-4 mitinqdən sonra eniş dövrü başlayır. Hədəflər nədir? Konkret bunu müəyyənləşdirən müxalif qüvvələr yoxdur. Xalqın müxalifətdən gözləntiləri tükənib. Bu situasiyanı dəyişməliyik. Bunun üçün maariflənmə lazımdır. Hazırda Azərbaycanda müxalifətin Gürcüstandakı kimi, kütləviliyə nail olacağı fikrini söyləmək yanlış olar. Kim özünü aldatmaq istəyirsə, bu tamam başqa məsələdir. Mən üzvlərimi aldatmaq niyyətində deyiləm. Hesab edirəm ki, bu gün o mərhələ deyil”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024