Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-11-2014, 13:26)
Elman Fəttahdan Tofiq Yaqublunun mesajlarına cavab

“Onun dəyərli fikirlərini qeydə alacağıq”

 

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu Müsavat və ümumilikdə müxalifət daxilindəki proseslərlə bağlı ciddi mesajlar verib. O, hər kəsi bir məqsəd, ideya ətrafında birləşməyə çağırıb. 
Başqan müavini Müsavatdakı narazılıqların sona yetməsinin və yeni rəhbərliyin narazı qüvvələrlə dialoqa getməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, o, Müsavat və Milli Şura, AXCP arasında olan gərgin münasibətlərə də toxunaraq tərəfləri birliyə səsləyib. 
T.Yaqublunun mesajları ilə bağlı Müsavat başqanının digər müavini Elman Fəttahın mövqeyini öyrəndik. 
İlk olaraq o,  T.Yaqublunun Mərkəzi İcra Aparatının partiyanı idarə etməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirdi: “Hazırda partiyanı İsa Qəmbər idarə etmir. 27 sentyabrda seçilmiş başqan, Məclis və Divan idarə edir. Mərkəzi İcra Aparatının mövcudluğu barədə nizamnamədə müddəa olmaması fikri primitiv məsələdir. Bu nizamnamənin başqana verdiyi səlahiyyətlərə aiddir.  İcra Aparatı başqan tərəfindən yaradılıb, əsasnaməsi Məclis tərəfindən təsdiq olunub”.
E. Fəttah fraksiya məsələsinə də toxundu: “Fraksiya tamam fərqli məsələdir. Bu, kollektiv bir strukturdur. Partiyanın kollektiv strukturlarına paralellik təşkil edir. Bu isə Məclisin alternativi kimi çıxış etmək məcburiyyəti yaradır. Nizamnamədə bunlar yaddan çıxmış yox, nəzərdə tutulmamış kimi qəbul edilir. Fraksiya partiyanın ideoloji xəttinə zidd qrupun yarada biləcəyi birlikdir. Tarixə nəzərə salsaq, bolşevik və menşevikləri misal göstərmək olar. Müsavatın oturuşmuş ideoloji xətti var. Bu xətt 1936-cı ildə qəbul edilmiş proqrama əsasən müəyyən edilib. Həmçinin Müsavatın digər partiyalarla birləşməmək kimi müdəası var. Burada məqsəd partiyanın bütövlüyünü qorumaqdır. Çünki tarixdə bir dəfə belə hadisə yaşanıb. 30 il bunun acısı çəkilib. Rəsulzadənin bununla bağlı əsəri var. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin qəbul etdiyi bir sistem var. Bu baxımdan fraksiyaçılıq qəbul edilmir. Tofiq bəyin bu məsələyə toxunması özünün qeyd etdiyi kimi, məlumatsızlıqdan irəli gəlir. O, Müsavat başqanının müavini və Divan üzvüdür. Onun fikirləri bizə yazılı şəkildə gəlməyib. Mətbuatdan oxumuşuq. Onun dəyərli fikirlərini qeydə alacağıq”.
T.Yaqublunun narazılarla bağlı söylədiklərinə Müsavat funksioneri belə cavab verdi: “Müsavat rəhbərliyi dəfələrlə narazıları görüşə dəvət edib. Hər bir narazı üzvlə istənilən an görüşməyə, dinləməyə və istədiklərini təmin etməyə hazırıq. Tofiq bəyin qarşıdan gələn parlament seçkiləri ilə bağlı fikirlərinə gəlincə, düşünürəm ki, Müsavatın gələcəyi barədə pessimist danışmaq tələskənlikdir. Çünki partiyanın hazırkı durumu bunu deməyə əsas vermir. 2015-ci illə bağlı konkret planlarımız var. Bunlar noyabrın 23-də keçiriləcək ümumrespublika müşavirəsində müzakirə ediləcək. Bu seçkilərdə partiya olaraq, əvvəllər qazandığımız uğurları təkrar etməyə çalışacağıq”.
E. Fəttah T. Yaqublunun Müsavat və Milli Şura, AXCP arasında olan gərgin münasibətlərlə bağlı fikirlərinə də münasibət bildirdi: “Deməzdim ki, Tofiq bəy Müsavatın Milli Şuranın mitinqi ilə bağlı hərəkətini pisləyib. Çünki biz Milli Şuranın 12 oktyabr və 9 noyabr mitinqlərində iştirak etmişik.  Rəhbərliyin ikinci mitinqə qatılmaması sırf zona müşavirələri ilə əlaqədar olub. Amma üzvlərimizin əksəriyyəti bu mitinqdə iştirak edib. Biz daim Milli Şura ilə yaxın əlaqələr qurmağa hazırıq. Bütün qüvvələrlə həmçinin. Hər bir siyasi qurumla seçki dairələri məsələsində razılığa gəlmək mümkündür.  Bu çox asan məsələdir. Müsavatın konsepsiyası bundan ibarətdir ki, istənilən şanslı namizədi dəstəkləmək vacibdir. Bu parlament seçkilərində partiyamız öz namizədlərini irəli sürəcək.  Əgər Müsavatın namizədi digərlərindən şanslı olacaqsa, danışıqlar aparılacaq. Yox əksinə, digər şanslı iddiaçı olarsa, öz namizədimizi razı salmağa çalışacağıq. Məsələyə yanaşmamız bu şəkildə olacaq”.
шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024